Jurnalist Gülər Mehdizadə ikinci dəfə ölkəni tərk edə bilməyib

Gülər Mehdizadə 7 ildir ki jurnalist fəaliyyəti ilə məşğuldur. Son bir ildir o, səyahət bloqu yazır.

Şəklin mənbəyi, Courtesy Photo

Şəklin alt yazısı, Gülər Mehdizadə 7 ildir ki jurnalist fəaliyyəti ilə məşğuldur. Son bir ildir o, səyahət bloqu yazır.

Jurnalist Gülər Mehdizadə ölkədən çıxışına qadağa qoyulduğunu bildirir. Onun sözlərinə görə 2 ay ərzindən 2-ci dəfədir ki, o Azərbaycan sərhədini tərk edə bilmir.

Bu ilin fevral ayında Gürcüstana, mart ayında isə Türkiyəyə getmək istəyən jurnalist qadağanın səbəbini bilmədiyini deyir.

"Fevralda Gürcüstanla sərhəddən geri qaytardlar və dedilər ki, hüquq mühafizə orqanlarına müraciət et. Vəkilim Dövlət Sərhəd Xidmətinə sorğu göndərdi, sorğu Baş Prokurorluğa yönləndirildi. Daha sonra vəklimə bildirildi ki, sorğu araşdırılacaq", Gülər Mehdizadə deyir.

Onun sözlərinə görə, ötən il onun jurnalist fəaliyyəti Vergilr Nazirliyi tərəfindən yoxlanılıb. Və ifadə zamanı ona Azadlıq radiosu və Meydan TV ilə bağlı suallar verilib.

"Mən Meydan TV ilə əməkdaşlıq etmədiyimi bildirdim. Əgər insanları çağırıb sözlərinə inanmırlarsa, niyə çağırırlar. İşləmədiyimi bildirdiyim halda yenə də ölkədən çıxışıma stop qoyublar", jurnalist əlavə edir.

Jurnalist bildirir ki, bu dəfə ölkədən çıxışla bağlı ona həm qadağa, həm də "həbs" qoyublar .

"Mən həm Baş Prokurorluğu, həm də Dövlət Sərhəd Xidmətini məhkəməyə verəcəm ki, hansı əsasla barəmdə hər hansı bir cinayət işi açılmadan, mənədən heç nə soruşulmadan ölkədən çıxışıma stop qoyulub?!", jurnalist sual edir.

BBC Azərbaycancaya danışan Baş Prokurorluğun sözçüsü Eldar Sultanov bildirib ki, məsələ "bayram günlərindən sonra" araşdırılacaq.

Gülər Mehdizadə 7 ildir ki jurnalist fəaliyyəti ilə məşğuldur. Son bir ildir o, səyahət bloqu yazır.

2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb. Rəhbərlik bunu, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün etdiyini bildirib.

Ötən il Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist dəfələrlə,<link type="page"><caption> Baş Prokurorluğun</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters" platform="highweb"/></link> Ağır Cinayətlərə dair İstintaq İdarəsində,<link type="page"><caption> Baş Mütəşəkkil</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150922_meydan_journalists" platform="highweb"/></link> Cinayətkarlıqla Mübarizə İdarəsində dindiriliblər.

Bir neçə jurnalist ölkədən çıxışlarına qadağa qoyulduğunu bildiriblər.

Sentyabr ayında isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan sonra Meydan TV ilə əməkdaşlıq edən Şirin Abbasova <link type="page"><caption> 30 sutka</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150917_azeri_journo_disappearance" platform="highweb"/></link> azadlıqdan məhrumetmə cəzası verilib.

Həmin ayda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" <link type="page"><caption> deyib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150921_meydan_tv_journalists" platform="highweb"/></link>.