Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin dindirilməsi davam edir

Şəklin mənbəyi, Meydan TV
Meydan Tv ilə əməkdaşlıq edən jurnalistlər Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayeva yenidən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıblar.
BBC Azərbaycancaya danışan Sevinc Vaqifqızı idarəyə çağırılma səbəbinin mətbuata verdikləri müsahibələrlə bağlı olduğunu deyib.
Onun sözlərinə görə, idarədə onlara "saxlanılmanın detalları haqqında niyə danışdıqları" sual edilib.
"Mən bildirdim ki, bizim ifadə azadlığımız var və müsahibə zamanı heç bir istintaq sirri açılmayıb", Sevinc Vaqifqızı əlavə edib.
Bu jurnalistlər sentyabrın 20-də gecə yerli vaxtla saat 1 radələrində Bakı hava limanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə <link type="page"><caption> aparılmışdı</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150921_meydan_tv_journalists" platform="highweb"/></link>. Onlar idarədə bir neçə saat gözlədikdən sonra izahat veriblər, sonra isə azad ediliblər.
Sevinc Vaqifqızı deyir ki, həmin gecə idarədə "qanunsuz olaraq saxlanıldıqları üçün" jurnalistlər məhkəməyə müraciət etmək fikrindədirlər.
"Biz 12 saata yaxın idarədə saxlanıldıq və heç birimizə valideynlərimizi məlumatlandırmağa icazə vermədilər. Qanunvericiliyə görə, 3 saat müddətində valideynlərimizə xəbər vermək üçün şərait yaradılmalıdır, yoxsa şəxslər "oğurlanmış" sayılır", jurnalist bildirib.
Son bir həftədə Meydan TV-ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Sentyabrın 16-da xəbər portalı ilə əməkdaşlıq edən <link type="page"><caption> Aytac Əhmədova</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150916_meydan_tv_detained" platform="highweb"/></link> idarə tərəfindən saxlanılıb və bir neçə saat sonra azad edilib.
Sentyabrın 17-də isə Meydan TV ilə əməkdaşlıq edən <link type="page"><caption> 19 yaşlı Şirin Abbasov</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150917_azeri_journo_disappearance" platform="highweb"/></link> Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan sonra, ona 30 sutka azadlıqdan məhrumetmə cəzası verilib.
Sentyabrın əvvəlində isə müxalif meylli Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılaraq <link type="page"><caption> dindirilib.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters" platform="highweb"/></link>




