Aytac Əhmədova: "Nəsihət verdilər ki, dövlətimizə qarşı çıxmaqla düz etmirsiniz"

Şəklin mənbəyi, Meydan TV
"Saat 16:00-da bir neçə şəxs məni zorakılıqla maşına otuzdurub apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə. Orada beş saat saxlanıldım", bunu BBC Azərbaycancaya açıqlamasında Meydan TV ilə əməkdaşlıq edən və dünən saxlanılmış 22 yaşlı Aytac Əhmədova deyib.
Onun sözlərinə görə, idarədə ona Meydan TV ilə bağlı suallar ünvanlayıblar, sonra isə izahat alıblar.
"Ardınca nəsihət verməyə başladılar ki, dövlətimizə qarşı çıxmaqla düz etmirsiniz. Bizdə hər şey gözəldir", o bildirib.
Aytac Əhmədova deyib ki, idarədə olan zaman vəkil tələb etsə də, buna əməl olunmayıb.
"Heç kimə zəng vura bilmədim. Evimə gedib kompüterimi götürüblər, yalnız o vaxt anam xəbər tutub", o əlavə edib.
Sentyabrın əvvəlində müxalif meylli <link type="page"><caption> Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters.shtml" platform="highweb"/></link> Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılaraq dindirilib.
Baş Prokurorluğun sözçüsü Eldar Sultanov həmin hadisədən sonra BBC Azərbaycancaya demişdi ki, MeydanTV ilə əlaqədar ictimaiyətə ətraflı açıqlama veriləcək.
