Azərbaycanlılar Facebook-da tezalışan fasad üzlüklərinə etiraz səhifələri açıblar

Şəklin mənbəyi, EPA
Bakıda 16 mərtəbəli binanın yanmasının ardınca evlərin fasadlarına tezalışan örtüklərin çəkilməsinə qarşı Facebook kampaniyası başlayıb.
Mayın 19-da fasadının örtülüməsi üçün tezalışan materaillardan istifadə edildiyi üçün yandığı iddia edilən binada 15 nəfərin öldüyü və daha 50 nəfərin xəsarət aldığı xəbər verilib. Prezident İlham Əliyev fəlakətli yanğının araşdırlmasını şəxsi nəzarətə götürüb və hadisənin təhqiq edilməsi üçün dövlət komissiyası yaradılıb.
Etiraz
"Milləti yandırmayın. Etiraz et!!!" adlı Facebook səhifəsi mayın 19-da yaradılıb və istifadəçiləri mayın 20-dəki etiraza qoşulmağa çağırıb. Səhifədə belə bir şüar da var: “Növbəti qurban sən ola bilərsən. Etiraz et!!!”
Mayın 20-də səhər saat 11 radələrində radələrində artıq 14 min 225 nəfər etiraza qatılacağılnı elan etmişdi. Bu etiraz adamları hərəkətə keçməyə və fasad örtüklərini sökməyə çağırırdı.
“Hər gün saat 18-də “Azadlıq” metrosunun yanındakı binanın ətrafına toplaşın. Mümkün olduğu qədər çox qərənfil gətirin. Burada yaş məhdudiyyəti yoxdur. Biz ölənləri xatırlayacaq və cinayətkatlara cəza tələb edəcəyik…Biz çiçəkləri saat 18-də düzəcəyik və yolu bir dəqiqəliyinə bağlayacağıq. Özünüzlə bayraq və plakatlar gətirin” – deyilir postda.
Bu tədbirə bütün jurnalistlər dəvət edilib.
Hazırda bu səhifə bağlıdır.
İctimai təşəbbüs
Buna bənzər tədbirə çağırış rus dilində olan başqa bir Facebook səhifəsində postlanıb. Səhifə belə adlanırdı: “İctimai təşəbbüs: Bakı fasadlarının sökülməsi”. Bu səhifə istifadəçiləri mayın 20-də saat 10-dan 13-dək divar örtüklərinin sökülməsinə çağırırdı.
“Susmaq və bunlara dözmək axmaqlıqdır. Bu axmaq örtüklər sökülməlidir. Biz bu problemi həll etmək üçün birləşməliyik. Biz örtükləri özümüz sökə bilərik. Əlimiz, ayağımız var” – deyilirdi mesajda.
Bakı vaxtı ilə saat 12-yə olan məlumata görə Facebook səhifəsində artıq 15 min istifadəçi aksiyaya qatılacağını bildirmişdi.
Mayın 19-da Azərbaycan prezidenti aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov bəyan edib ki, “pozuntulara yol vermiş şəxslər və qurumlar ciddi cəzalandırılıcaqlar”. Elə həmin gün binaya üzlükləri çəkmiş “Global Constructions” şirkətinin rəhbəri saxlanıb.
Bu arada müxalif Meydan TV saytı özünün Facebook səhifəsində bir arxiv fotosunu paylaşıb. Bu fotoda prezident İlham Əliyevin baş vermiş yanğına səbəb olduğu iddia edilən örtüklərin istehsalçısı “Global Constrructions” şirkətinin inaqurasiyasında iştirak etməsi əks olunub.
Bu fotonu paylaşan müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli yazır ki, şəkil hökumətin “cinayətini” faş edir. Müxalifət liderinin paylaşdığı başqa bir fotoda isə əks edilmiş lövhənin üstündə belə yazılıb: “Binaların təmir və bərpası işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır”.
BBC Monitoringin materialları əsasında hazırlanıb




