Hüquq müdafiəçilərinin siyahısından üç nəfər əfv edilib

İlham Əliyev

Şəklin mənbəyi, president.az

Şəklin alt yazısı, Prezident Əliyev 3-cü dəfə prezident seçiləndən sonra 2-ci əfv fərmanı imzalayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş üzvü Daşqın Məlikov və jurnalistlər Fərəməz Novruzoğlu və Fuad Hüseynov prezident İlham Əliyevin imzaladığı növbəti əfv fərmanı ilə azad ediliblər.

Prezidentin saytında yerləşdirilən sərəncama görə, 157 məhbus cəzasının çəkilməmiş hissəsindən, 2 nəfər şərti məhkumluqdan, bir nəfər islah işlərindən, 11 nəfər isə cərimə cəzasından azad olub.

Əfv olunanlar siyahısında keçmiş AXCP üzvü Daşqın Məlikov şərti məhkumluqdan, jurnalistlər Fərəməz Novruzoğlu və Fuad Hüseynov isə cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bazar ertəsi Prezident İlham Əliyevin imzaladığı əfv fərmanına görə "məyus olduğunu" deyir.

"Barışıq"

"Biz çox məyus olmuşuq. Çünki düşünürdük ki, verdiyimiz siyahıdan heç olmasa 5-10 nəfəri buraxarlar və ölkədə barışıq abu-havası olar. Amma 29 nəfərdən yalnız 3 nəfər bu siyahıya düşüb", xanım Cəfəroğlu BBC Azərbaycancaya deyib. Onlar Daşqın Məlikov, Fərəməz Novruzoğlu və digər jurnalist Fuad Hüseynovdur.

"Buna baxmayaraq biz inamımızı itirmirik. Sabah yığışıb yenidən məktub yazacağıq ki, heç olmasa siyahımızda olanlar Apellyasiya Məhkəməsindən buraxılsın".

Hüquq müdafiəçisinin sözlərinə görə, təqdim olunan siyahı ilə bir neçə hüquq müdafiəçisi öz aralarında razılaşdırıb.

İnsan haqları qrupları Azərbaycanda yüzdən çox "siyasi məhbus" olduğunu <link type="page"><caption> iddia edirlər</caption><url href="http://www.google.co.uk/url?sa=t&rct=j&q=siyasi%20m%C9%99hbus%20siyah%C4%B1s%C4%B1%20leyla%20yunus&source=web&cd=4&cad=rja&uact=8&ved=0CEQQFjAD&url=http%3A%2F%2Fwww.bbc.co.uk%2Fazeri%2Fazerbaijan%2F2014%2F01%2F140123_leyla_yunus_political_prisoners.shtml&ei=WTeDU-ObIuzQ7Abqz4HIAw&usg=AFQjCNG5gqUnsIjA8I66uFcph6c9Y2_ugA&bvm=bv.67720277,d.ZGU" platform="highweb"/></link>. Hakimiyyət ölkədə siyasi motivlərlə həbs olunanların olmadığını deyir və bu şəxslərin cinayət əməllərinə görə həbs edildiklərini bildirir.

23 yaşlı Daşqın Məlikov ötən ilin əvvəlində Bakıda keçirilən mitinqlərdə iştirak edib və sosial şəbəkələrdə aktivlik nümayiş etdirib.

2013-cü il martın 25-də Sumqayıtda həbs olunan gənc "satış məqsədi olmadan narkotik vasitələrin saxlanması" maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay həbs cəzası alıb.

Ötən il prezident seçkiləri öncəsi Məlikovun prezident İlham Əliyevi dəstəkləyən bəyanatı yayılıb. Başqa bir bəyanatda Məlikov üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarını tərk etdiyini bildirib.

Mayın 8-də Xəzər Rayon Məhkəməsinin 17 aprel qərarı ilə gənc fəal istintaq təcridxanasından məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Məlikovun atası Əlisəfa Məlikov BBC Azərbaycancaya deyib ki, oğlu elə həmin gün sabiq prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Ötən il aprelin 18-də jurnalist Fərəməz Novruzoğlu "xalqı kütləvi iğtişaşlara dəvət etməkdə" təqsirli bilinərək Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 6 aylır azaqlıqdan məhrum etmə cəzası alıb. Jurnalist ona qarşı ittihamları "saxta" adlandırır və höküməti tənqid etdiyinə görə həbsdə olduğunu düşünür.

Sonuncu əfv fərmanı ötən il prezident seçkilərindən sonra oktyabrın 14-də imzalanıb və həmin sərəncama görə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev daxil olmaqla ümumilikdə 134 məhbus <link type="page"><caption> əfv olunub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/10/131014_president_amnesty_farhad.shtml" platform="highweb"/></link>.