Bəşir Süleymanlı və Elnur Məmmədova ölkədən çıxmaq qadağası

Baş Prokurorluq Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) və mərkəzlə əməkdaşlıq edən "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" təşkilatının üzvləri barədə cinayət işi açıb.

Çərşənbə günü Baş Prokurorluğun rəsmi açıqlamasında bildirilir ki, "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədov "vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda" ittiham edilir.

SMDT icraçı direktoru Bəşir Süleymanlının isə KBƏİB-ə sədr təyin ediləndən sonda xeyli miqdarda əlavə dəyər vergisindən yayındığı iddia olunur.

Yeni cinayət işləri iki gün öncə prezident seçkilərinin nəticələrinə təsir etməkdə ittiham edilən SMDT sədri Anar Məmmədlinin <link type="page"><caption> üç aylıq həbs edilməsindən</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/12/131216_anar_mammadli_arrest.shtml" platform="highweb"/></link> sonra açılıb.

Baş Prokurorluq bildirib ki, yeni cinayət işləri barədə qənaətə Vergilər və Maliyyə nazirlikləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssislərinin yoxlama və ekspertiza nəticələrinə əsasən gəlib.

Rəsmi məlumatda bildirilir ki, cənab Məmmədli 2013-cü ilin may ayında Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış 276 010 ABŞ dolları məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış KBƏİB-nın adına rəsmiləşdirib.

Bundan sonra, SMDT icraçı direktoru Bəşir Süleymanlı KBƏİB-nin vitse prezidenti vəzifəsinə təyin olunub. O, 163 250 ABŞ dollarının nağdlaşdırılaraq götürülməsində şübhəli bilinir.

Məlumatda deyilir ki, o, bu pulun 109 529 manatını ofisin ehtiyacları üçün xərcləyib, amma Vergi Məcəlləsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməyib.

Onlar barəsində bu ilin oktyabrın 29-da vergidən yayınma ittihamları ilə cinayət işi açılıb.

Elnur Məmmədovun, həmçinin idarəetmə orqanlarının formalaşdırılması, hüquqi şəxslərin reyestrinə daxil edilməsi üçün hüquq verən rəsmi sənəd olan təsisçilərin ümumi yığıncağının qərarlarına yalan məlumatlar daxil edərək təsisçilərin imzalarını "saxtalaşdırıldığı" deyilir.