BBC

BBC navigation

Tofiq Yaqublu və İlqar Məmmədov 2 aylıq həbs olunub

İlqar Məmmədov, ReAL hərəkatının sədri

İsmayıllı Klikləyin iğtişaşlarında iştirak etdiyinə görə, barələrində iki aylıq həbs qəti imkan tədbiri seçilən Müsavat partiyasının sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədovun işi ilə bağlı appelyasiya şikayəti hazırlanır.

Bu barədə BBC Azərbaycancaya Məmmədovun vəkili Fuad Ağayev bildirib.

Bazar ertəsi Məmmədov və Yaqublu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağrılıb və onlar barəsində iki aylıq haqqında həbs-qətimkan tədbiri seçilib.

Onlar "ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya fəal iştirak etmə və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə" (233 və 315.2) maddələri ilə ittiham olunur, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Məmmədovun saxlanılması barədə məlumatı vəkili Ağayev Turan agentliyinə bildirib.

Ağayev məhkəmədən öncə Azadlıq Radiosuna bildirib ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən müstəntiq ona zəng vuraraq deyib ki, İlqar Məmmədova qarşı ittiham irəli sürüləcək.

Vəkil ehtimal edib ki, ittiham İsmayıllı hadisələrinə görə ola bilər.

Eyni gündə Yaqublunun saxlanması və onların birlikdə Nəsimi Rayon Məhkəməsinə aparılmasına dair məlumatlar yayılıb.

Yanvarın 30-da Baş Prokurorluq və Daxili Işlər Nazirliyi birgə məlumatlarında, Məmmədov və Yaqublunun yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında "polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar" etmələri müəyyən etdiyini bildirib.

Onların İsmayıllı səfəri oradakı Klikləyin "vəziyyəti gərginləşdirən" səbəblərdən biri kimi iddia olunur.

Həmin vaxt Məmmədov və Yaqublu BBC Azərbaycancaya onlara qarşı olan ittihamları rədd etdiklərini deyib.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>