BBC

BBC navigation

İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıda "vəziyyəti gərginləşdirməkdə" ittiham olunur

Foto yanvarın 25-də İsmayıllıdakı hadisələrdən sonra çəkilib.

İsmayıllı iğtişaşları zamanı “vəziyyəti gərginləşdirən” səbəblərdən biri kimi Musavat partiyası sədrinin müavini Tofiq Yaqublu və REAL Hərəkatının həmsədri İlqar Məmmədovun İsmayıllıya "səfəri" göstərilir, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.

Məmmədov və Yaqublu “İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi yönələn çağırışlar etmişlər”, məlumatda deyilir.

"Bu qanunazidd əməllərin” istintaq yolu ilə “tam və hərtərəfli” araşdırılacağı və hüquqi qiymət veriləcəyi də bildirilib.

Çərşənbə axşamı Prokurorluğa çağrılan Məmmədov bloqunda yazıb ki, “iqtidar ondan qisas” almaq istəyir.

Onun yazdığına görə, bunun üçün əsas səbəblərdən biri, Çıraq otel barədə yaydığı Klikləyin sənədlər ola bilər.

Məmmədov REAL hərəkatının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna edilən dəyişiklərə narazılıq etməsini də “qisas” səbəbləri hesab edir.

Bu ilki prezident seçkilərində namizədliyinin irəli sürüləcəyini deyən Məmmədov, bunu da səbəblərə aid edir.

Tofiq Yaqublu isə prokurorluğa “şahid qismində” ifadə verməsi üçün çağrıldığını bildirir.

“Telefonda müstəntiq heç nə demədi, gəl danışarıq dedi. Elə bildim ki, Klikləyin Nigarın işindən söhbət edəcəklər”.

Yaqublu ona İsmayıllıya getməsi barədə texniki suallar verildiyini, sonda isə yazılı şəkildə onun rayonda "əhalini iğtişaşlara təhrik etməsi" barədə sual verilib.

“Mən ora Yeni Musavat qəzetinin jurnalisti kimi getmişəm. Cəmi 20 dəqiqə həmin meydanda olmuşam, gizli də getməmişəm”, deyən Yaqublu rayonda saxlanılıb, "məcburi" polis şöbəsinə gətirilib və geri göndərilib.

Təqsirləndirilən Yaqunlu İlqar Məmmədovu yalnız İsmayıllıda gördüyünü deyir.

“Bakıdan bir getməmişik”, Yaqublu qeyd edir.

O, “həbsinə hazırlıq getdiyini” istisna etmir.

Rəsmi məlumatlarda həmçinin, İsmayıllı iğtişaşları ilə bağlı 23 nəfər inzibati həbs, 15 şəxs cərimə, 14-ü isə xəbərdarlıq aldığı deyilir.

Sakinlər, Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov, Elşən Qurbanov və oteldən “iki televizor, bir divan və bir kreslo soyduğuna” görə, Səxavət Səmədov və Xəyal Şaranov barəsində həbs-qəti imkan tədbiri seçilib.

Həmin şəxslər “ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və dağıntıların törədilməsində” təqsirləndirilib.

İctimai qaydanı pozmasına görə cərimələnən Ramil Cavadovun “yoxa çıxmadığı” deyilən məlumatda onun sərbəst buraxıldığı bildirilib.

Xəsarət aldıqları üçün xəstəxanaya müraciət edənləri sayı isə dörd nəfər olub.

Sakinlər yanvarın 23-də İsmayıllıda icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu və ya bacısı oğlu olduğu deyilən şəxsin “Hammer“ markalı maşını ilə "Çıraq” otelindən çıxarkən taksi sürücüsünün maşınını vurması və sürücülər arasındakı mübahisə zamanı həmin şəxsin söyüş işlətməsi səbəbilə insanların narazılığına səbəb olduğunu deyir.

Narazılıq növbəti günlərdə “icra başçısının istefası” tələbi ilə etiraz aksiyalarına çevrilib.

Rəsmi məlumatda isə, hadisələrin otelin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə xuliqanlıq etməsi səbəbilə törədildiyini bildirir. Hazırda Emil Şəmdinov və Elməddin Məmmədov həbs edilib, istintaq gedir.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>