BBC

BBC navigation

Qəzada həlak olmuş müsavatçının oğlu Nigar Yaqubludan "şikayətçi deyil"

Son yeniləmə: 13 sentyabr, 2012 - 11:16 GMT
Nigar Yaqublu

Nigar Yaqublu (ortada) Bakıda, may ayında Eurovision 2012 öncəsi etiraz nümayişlərində iştirak edərkən.

Yol qəzasında həyatını itirən Müsavat partiyasının fəalı Aydın Acalovun oğlu Rəşid Acalov atasının ölümündə "heç kəsdən şikayətçi olmadığını və işə xitam verilməsini istəyib”.

Bu barədə BBC Azərbaycancaya Acalovun ölümü ilə bağlı şübhəli bilinən Nigar Yabuqlunun atası Tofiq Yaqublu deyib.

“Rəşid Acalov istintaq zamanı dindirilmədə rəsmi ifadəsində bu barədə danışıb və müstəntiqin məsləhəti ilə bunu ərizə şəklində də təqdim edib, ərizənin bir surəti müstəntiqdədir”.

Onun sözlərinə görə, istintaq davam etsə də, bu, Nigarın işində “yüngülləşdirici haldır”.

Yaqublu qeyd edib ki, cümə axşamı səhəri Nigar haqqında çıxarılan iki aylıq həbs-qəti imkan tədbirindən apellyasiya şikayəti verilib və ərizəyə 15 gün içərisində baxılmalıdır.

BBC Azərbaycanca Rəşid Acalovla əlaqə saxlamağa çalışsa da, Musavat partiyasından onun hazırda Bakıda olmadığı bildirilib.

Haqqında iki aylıq həbs-qəti imkan tədbiri çıxarıldığına görə hazırda Yaqublu Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Sürücülük vəsiqəsi olmayan Nigar Yaqublu, avqustun 25-də Aydın Acalovun ölümü ilə nəticələnən Klikləyin avtomobil qəzasının törədilməsində ittiham olunur.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>