BBC

BBC navigation

Elşad Abdullayevin növbəti videosunda yeni adlar çəkilir

Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Milli Məclisə deputat seçilmək üçün pul məbləğinin müzakirəsi barədə yeni video yayıb.

Abdullayevin Azadlıq qəzetinə göndərdiyi videoda rektorla, keçmiş millət vəkili Gülər Əhmədova arasında vasitəçi olduğu iddia edilən Sevinc Babayevanın söhbəti əks olunub.

Abdullayev qəzetə videodakı şəxslərin onun Sevinc Babayeva, Arzu Kazımov və Rövşanə Əliyeva olduğunu bildirib.

Videonun ilk hissəsində Babayeva Abdullayevi 1 (bir milyon) əvəzinə deputat olacağını deməsi və seçkinin nəticələrinə aid bütün protokolların dəyişdirilməsi yer alıb.

Abdullayevin bu məbləğ əvəzinə “hüquq komissiyasının sədri olacağı” deyilir.

Daha kimlərin adları çəkilir?

Eyni zamanda, materialda Gülər Əhmədova “onların belə işlərini görən adam” kimi təqdim olunur.

Həmçinin Əhmədovanın “6 ay sonra Pensiya Fondunun rəhbəri Səlim Müslümovun yerində keçəcəyi” danışılır.

Videoda adı çəkilən Eldar Namazov Turan-a deyib ki, bu video korrupsiya və seçki prosesinə qanunsuz müdaxilə kimi bir çox cinayət işinin açılmasına əsas verir.

Elşad Abdullayevin Sevinc Babayevaya aid etdiyi səs videoda deyir ki, əslində Gülər Əhmədova seçkilərdə Eldar Namazova uduzsa da, "Ramiz"in müdaxiləsilə qalib elan olunan Əhmədova olub. Məlumata görə o, bu məsələ ilə əlaqədər Avropa İnsan Hüquqlarə Məhkəməsinə müraciət etdikdən sonra 15 min avro kompensasiya ödənilib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Turan-a deyib ki, videoda adı çəkilən İqbal "mən deyiləm”.

Baş Prokurorluq BBC Azərbaycancaya videoların cinayət işinə əlavə edilməsi ilə bağlı məlumatın gün ərzində bildiriləcəyini deyib.

Bu ilin sentyabrından Abdullayev deputat mandatının satın alınması ilə bağlı və qardaşı Mahir Abdullayevin itkin düşməsi barədə bir neçə video yayıb.

Həmin videolarda adları çəkilən Klikləyin Əhmədova, Prezident Administrasiyasının rəhbəri Klikləyin Ramiz Mehdiyev və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Klikləyin Hacı Ağababa Babayev görüntülərin “montaj” olduğunu deyib.

Baş Prokurorluq məsələlər barədə cinayət işinin açıldığını və materialların araşdırıldığını deyib. Abdullayev isə, cinayətin açılmasını sürətləndirmək və obyektiv istintaq aparılmasını təmin etmək üçün bu videoları yaydığını deyir.

“Bu yolla eyni zamanda həmin cinayətin açılması sahəsində fəaliyyətimə mane olmaq məqsədilə Azərbaycanda başıma gətirilənləri ictimaiyyətin diqqətinə çatdırmaq və özümü baş verə biləcək təhlükələrdən qorumaq istəyirəm. Çünki müəyyən qrup adamlar hətta Fransada belə məni təhdid etməkdən əl çəkmirlər”, Azadlıq qəzeti Abdullayevdən sitat verir.

Rektoru Elşad Abdullayev olan Azərbaycan Beynəlxalq Universiteti 1997-2010-cu illərdə Bakıda fəaliyyət göstərib. O hazırda, Fransada mühacirətdədir.

Təhsil Nazirliyi, 2010-cu ildə “ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə yaradılan ekspert qrupunun ABU-da ciddi pozuntular aşkarlaması"ndan sonra Universitetin fəaliyyətinə xitam verib.

Milli Təhlükəsizlik Nazirliyində çalışan Mahir Abdullayev 2003-cü ilin sonlarında itkin düşüb.

Rektor qardaşının “Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlandığını” hesab edir.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>