
Keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin son yaydığı görüntülər cinayət işinin materiallarına əlavə edilib, APA Baş Prokurorluğun mətbuat xidmətinə əsasən yazır.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, istintaq hərəkətləri barədə məlumatların verilməsi ibtidai araşdırmalara zidd olduğundan istintaq sirri olan məlumatların ictimailəşdirilməsinin yolverilməzliyi barədə KİV-ə xəbərdarlıqlar edilib, lakin hələlik media lazımi nəticəni çıxarmayıb.
Noyabrın 17-də yayılan videoda Elşad Abdullayevlə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacı Ağababa Babayev olduğu iddia edilən şəxsin söhbəti əks olunub.
Videonu Azadlıq qəzetinə məktubla təqdim edən Abdullayev, qardaşı Mahir Abdullayevin oğurlanmasıyla bağlı yaradılan Komissiyanın işinin arzuolunan səviyyədə olmadığını" yazıb.
Hesab edirəm ki, bu görüntünün yayılması nəinki istintaqa mane olmayacaq, əksinə, onun obyektiv aparılmasına və daha da sürətləndirilməsinə kömək edəcək, Abdullayev qeyd edib.
Həmin qurum, Baş Prokurorluqda Müstəqil Istintaq Komissiyası (MİK) Azərbaycan prezidentinin göstərişi ilə bu ilin 4 oktyabrda yaradılıb.
Videonun 2009-cu ildə rəsmi protokol qaydasında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Rəsul Rəsulova təqdim etdiyini deyən Abdullayev bu məlumatları MİK-ə də göndərib.
Yeni video nədən bəhs edir?
2007-ci ilin iyununa təsadüf edən videoda Mahir Abdullayevin oğurlanmasından üç il səkkiz ay keçdiyi qeyd edilir.
Görüntülərdə yerli mediada daxili işlər naziri kimi təqdim edilən Ramil (Ramil Usubov) və onun müavini Vilayət (Vilayət Eyvazov) adlı şəxslərin adları çəkilir və Mahir Abdullayevin sərbəst buraxılması üçün müxtəlif yollar müzakirə edilir, onu oğurlayan şəxslər vəhşi adlandırılır, Hitlerlə müqayisə olunur.
Onlar bilirsən nətər şeylər eləyir, ay Elşad müəllim? Vallah, adam küsür, nifrət eləyir. Heç işləmək istəmirəm. Istəyirəm, çıxım oradan, Azadlıq qəzeti hakimin videodakı sözlərinə istinadən yazır.
Videoda Mahir Abdullayevin oğurlanmadan əvvəl, prezidentlə foto çəkdirməsi və "təsadüfi adam" olmaması barədə sözlər deyilir:
Gözü götürməyən adamlardır da. Sabah birdən mənim yerimə keçər..., hakim deyir.
APA videoda adı çəkilən hakim Babayevə istinadən yazır ki, o, Elşad Abdullayevin onu şantaj etdiyini, söhbətin "yalan" və "montaj olduğunu" bildirib.
"Gözü götürməyən adamlardır da. Sabah birdən mənim yerimə keçər..."
Videodan çıxarış, hakimin sözləri
Bir neçə gün əvvəl prokurorluqda Mahir və Elşad Abdullayevlərin işilə bağlı ifadə vermişəm. Ifadəmdə də heç nədən xəbərim olmadığını bildirmişəm, deyən hakim, hazırda ayaqları tutulduğundan yataq xəstəsi olduğunu və işə getmədiyini qeyd edib.
Video çəkilən zaman Babayev Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi işləyib.
Daxili İşlər naziri Ramil Usubovla bağlı qurum, Mediaforuma belə iftiraların Ramil Usubova yapışmadığını" bildirib:
Ramil Usubovu da, Vilayət Eyvazovu da möhtərəm prezidentimiz də, xalqımız da yaxşı tanıyır. Kimlər hansı oyunları oynayırlarsa oynasın, axırı öz başlarında çatlayacaq, DİN, mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.
Hazırda Fransada mühcirətdə olan Elşad Abdullayev, bundan əvvəl də, qardaşının oğurlanması və onun tapılması üçün yüksək vəzifəli dövlət rəsmiləri ilə söhbətlər aparması və rüşvət verməsinə aid Klikləyin videolar yayıb.

















