BBC

BBC navigation

Azərbaycan mediası Gülər Əhmədovanın YAP-dan çıxarıldığını yazır

Son yeniləmə: 30 sentyabr, 2012 - 14:41 GMT
YAP logo

Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində Gülər Əhmədovanın hakim Yeni Azərbaycan Partiyası (YAP) sıralarından xaric edildiyi barədə xəbərlər yayılıb.

Müxalifət yönlü KİV-lər ilə yanaşı bu barədə məlumatlar hökümətpərəst mediada da yayılıb.

Xəbərlərdə əsasən Modern.az saytına istinad edilir. Bu sayt isə öz növbəsində məlumatı YAP-dan aldığını qeyd edir.

Məlumatlarda bildirilib ki, sentyabrın 29-da Yeni Azərbaycan partiyansıın rəhbər strukturlarının toplantısı keçirilib "və son günlər adı rüşvət qalmaqalında hallanan deputat Gülər Əhmədovanın YAP-dan xaric olunması barədə qərar çıxarılıb".

Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsi olan www.yap.org.az saytında hakim partiyanın Qadınlar Şurası üzvlərinin siyahısında Əhmədova Gülər Mikayıl qızının adı 16-cı sırada əvvəlkitək qalmaqdadır.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>