BBC

BBC navigation

Leyla Əliyeva: "Video şaiyələrin sübutu oldu"

Son yeniləmə: 27 sentyabr, 2012 - 12:10 GMT

Fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin internetdə yerləşdirdiyi “deputatlığa görə rüşvət” videosunu əhalinin təxminən on faizindən çoxu izləyib, bunu BBC Azərbaycancaya Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva deyir.

Əliyevanın fikrincə, onların da çoxu internet istifadəçisi və müxalifət qəzetlərini oxuyanlar olub, çünki “televiziyalar hökümətin əlindədir”, amma “o biri tərəfdən camaat belə məsələləri həmişə bilib, təzə heç nə yoxdur”:

“Camaat həmişə bilib ki, Parlament seçkiləri və ümumiyyətlə, Azərbaycanda seçkilər yoxdur və deputatlıq üçün alver gedir. Sadəcə video şaiyələrin sübutu oldu”, Əliyeva qeyd edir.

“sadə və təsadüfi deyil"

Onun sözlərinə görə, əslində məsələ “sadə və təsadüfi” deyil və iki məsələnin göstəricisidir:

“Bir, sistemin mahiyyətini sənədlə sübut etdi, iki, sistem içərisində hakim elita arasında ziddiyyətləri göstərdi”.

"“Gələcəkdə görəcəyik ki, əslində kim kimə qarşı tələ hazırlayıb”"

Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri

Baş verənləri Prezident Administrasiyanın rəhbəri “Ramiz Mehdiyeva qarşı olduğunu” deyən Əliyeva, “hansısa qrupun Mehdiyevin mövqeyini zəiflətmək istəməsi” ehtimal edir:

“Gələcəkdə görəcəyik ki, əslində kim kimə qarşı tələ hazırlayıb”.

“Hadisədən sonra hansı addımlar atılması” barədə Əliyeva “gözləmək lazım olduğunu” deyir.

Sentyabrın 25-də Fransada yaşayan Elşad Abdullayev internetdə özü, deputat Gülər Əhmədova və Sevinc Babayeva arasında söhbətin video-yazısı ehtimal olunan material yayıb.

Baş Prokurorluq tərəfindən araşdırılan videoda “deputat seçilmək üçün 500 min verilməsi və əlavə 500 minin tələb olunmasından” əks olunur.

Millət vəkili Gülər Əhmədova yerli mediaya “video çəkilişin həm səs, həm də görüntüsünün tamamilə montaj olunduğunu” deyib.

Mövzuya aid

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>