Qatarla toqquşan 160 nömrəli marşrut xətti müsabiqəyə çıxarılıbmış

BNA ADY Bakıda avtobusla qatar toqquşub Dübəndi Neft Emalı Zavodu

Bazar ertəsi Bakının Binə qəsəbəsində 160 nömrəli sərnişin avtobusu qatarla toqquşub, bir nəfər ölüb, 30-dan çox yaralı var.

Qatar Dübəndi Neft Emalı Zavoduna gedirmiş, Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

Bakı Nəqliyyat Agentliyindən qurumun "həmin yolda hərəkət edən 160 nömrəli marşrutun sərnişindaşımadakı keyfiyyət göstəricilərindən narazı olduğunu" BBC News Azərbaycancaya bildiriblər.

160 nömrəli marşrutda xidməti həyata keçirən "Ayşən" LTD-nin rəhbərliyindən şərh almaq mümkün olmayıb.

Qəzanın baş verdiyi 160 nömrəli marşrut hələ avqust ayından müsabiqəyə çıxarılıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev bildirib ki, bu xətt üzrə vətəndaşlardan dəfələrlə şikayət alıblar:

"Məhz bu marşrut üzrə sərnişindaşımanın keyfiyyətini artırmaq üçün biz hələ avqustun 17-də bu xətti müsabiqəyə çıxarmışıq. Müsabiqə, adətən, iki ay davam edir, hələ ki, bitməyib", o, BBC News Azərbaycancaya açıqlamasında bildirib.

Qəza, qatarla avtobus toqquşub, Binədə qəza,, uşaq ölüb

Xəzər Rayon polisi bildirib ki, hadisənin baş verdiyi yol sabaha qədər müvəqqəti bağlanacaq.

Bazar ertəsində Bakının Binə qəsəbəsində, Əli İsazadə küçəsində 160 nömrəli marşrut qatarla toqquşub, 34 nəfər müxtəlif xəsarətlər alıb, 12-13 yaşlarında bir məktəbli həlak olub. Yaralılardan altısının vəziyyəti ağırdır, Səhiyyə Nazirliyindən bildiriblər.