İranın ali dini lideri Xamenei kim idi?

Şəklin mənbəyi, İran Ali liderinin ofisi
İranın Ali Dini Lideri Əli Xamenei 2026-cı il fevralın 28-də, səhər saatlarında ABŞ hücumları nəticəsində öz ofisində öldürülüb, İranın dövlət mediası bildirib.
Əli Xamenei 1939-cu ildə Məşhəd şəhərində doğulub. Atası dini alim olan Xamenei 1962-ci ildə Ayətullah Xomeyninin dini müxalifət hərəkatına qoşulub.
1979-cu ildə İslam İnqilabından sonra Əli Xamenei müdafiə nazirinin müavini olub və İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təşkilinə kömək edib.
Xomeyni 1989-cu ilin iyun ayında vəfat etdiyi vaxt, Ruhanilər Şurası olan Ekspertlər Məclisi Əli Xameneini yeni ali lider seçib.
Onlar konstitusiyanı dəyişdirərək, şiə ruhaniləri arasında tələb olunan rütbəyə çatmasa da, ona rəhbərlik etməyə icazə veriblər.
Həmin vaxtdan Ayətullah Xamenei İran siyasəti və silahlı qüvvələrinə sərt nəzarət edib, o, hakim sistemə qarşı çıxan etirazları bəzən zorakılıqla yatırıb.
O, həmçinin ABŞ ilə davam edən qarşıdurma da daxil olmaqla, xarici məsələlərdə davamlı olaraq sərt mövqe tutub. O, həmçinin dəfələrlə İsrail dövlətinin ləğvinə çağırıb və Holokostun baş verib-vermədiyini açıq şəkildə sorğulayıb.
Altı övladı olan Xameneinin hakimiyyəti dövründə İranın yeddi prezidenti vəzifədə olub.
























