"Mən həqiqətən yaşayırammı?": Antakyada bacıların dağıntılar altından xilas edilməsi

Nefise Kohnavard | BBC Farsca, Antakya

Antakyada iki bacının zəlzələ dağıntılarından xilas edilməsi

Xilasedici Mustafa Öztürk "Merve! İrem! Merve! İrem" deyə qışqırır.

Ətrafımızdakı hamıdan susmaq tələb edilir. Xilasetmə qrupu sağ qalanlar tərəfindən onlara bildirilən iki bacını axtarır.

Əllərindəki həssas cihazlarla gələ biləcək istənilən cavabı dinləyirlər. Hamı intizardadır, donub qalıb, gözləyir.

Sonra bir cavab gəlir. Mustafa “İrem, canım, mən sənə yaxınam, məni eşidirsən, eləmi?” deyir.

Biz, kənarda duranlar bunu eşidə bilməsək də, aydın olur ki, cavab gəlib. Qızların dostlarından ibarət kiçik bir qrup bizimlə birgə sakitcə gözləyir.

"Siz möhtəşəmsiniz! İndi sakitləşin və mənə cavab verin. Yaxşı, bu Mervedir. Merve canım, sadəcə suallarıma cavab ver” Mustafa deyir.

24 yaşlı Merve və 19 yaşlı İrem Antakyada zəlzələ nəticəsində dağılan beş mərtəbəli yaşayış binasının dağıntıları altında qalıb. İki gün keçib, amma onlar üçün həftələr keçib kimi görünür.

“Bu gün çərşənbədir. Yox! 14 gündür ki, dağıntılar altında qalmamısınız. Bizə beş dəqiqə vaxt verin, çıxacaqsınız”, - Mustafa qızlara deyir.

Mustafa bilir ki, bu saatlarla vaxt aparacaq, amma “Ümidlərini itirsələr, sağ qala bilməyəcəklər” deyir.

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Xilasedicilər Merve ilə İremin zarafatlaşmağa və gülməyə başladığını eşidirlər. Mustafanın üzündə böyük təbəssüm görürəm, “yerləri olsaydı yəqin oynayardılar” deyir.

Xilasedicilər hesablayırlar ki, bacılara çatmaq üçün 2 metr məsafə var. Ancaq xilasetmə qrupunun rəhbəri Hasan Binay betonda tunel qazmağın çox incə bir əməliyyat olduğunu deyir. Bir səhv hərəkət fəlakətə səbəb ola bilər.

Onlar qazmağa başlayanda buldozer çağırırlar ki, bina uçmasın deyə qalın betondan bir parça götürüb dayaq tutsun.

Mustafa deyir ki, qızlar, tezliklə sizə adyal verəcəyik.

“Yox, yox, bizim üçün narahat olmayın.Bizə soyuq deyil və yorğun deyilik” deyə cavab verirlər.

Mustafa deyir ki, Merve xilasedicilərin vəziyyətindən narahatdır. Saat 20:30-dur və çox soyuqdur. Bu bölgədə yaşayan insanlar deyir ki, bu qış xatırladıqları ən ən soyuq qışlardan biridir.

Xilasedicilər əzmlə əlləri ilə dağıntıları qazmağa və daş-kəsəkləri atmağa başlayırlar.

Ancaq bir neçə saatdan sonra birdən yer silkələməyə başlayır. Güclü təkrar təkanlar olur. İş dayanmalıdır və biz uçan binadan uzaqlaşmalıyıq.

Hasan deyir ki, “Burada acı bir həqiqət odur ki, komandamın təhlükəsizliyi hər şeydən əvvəl olmalıdır".

30 dəqiqədən sonra Mustafa və digər üç xilasedici qazdıqları yerə qayıdırlar.

Antakyada zəlzələ

Mustafa qızlara tərəf ucadan deyir:

"Qorxmayın. İnanın, sizi burada qoymayacağıq. Biz sizi çıxararıq, siz də bizi yaxşı bir yeməyə qonaq edərsiniz”. Qızlar düşünüblər ki, onlar ölümə tərk ediliblər.

Artıq gecə yarısıdır və qazıntı işlərinə başlanılıb. Xilasetmə qrupu demək olar ki, günlərdir yatmayıb. Binanın yanındakı kiçik ocağın ətrafına yığışırıq.

Tez-tez "Sakitlik" deyə qışqırırlar. İşıqlar sönür və indi zülmət qaranlıqdır. Qızların Mustafanın fənərin işığını görüb-görmədiyini öyrənmək üçün betonda kiçik bir deşik açdılar.

"Merve! İrem! İşığı görürsünüzmü? Yaxşı! Əla! İndi aşağıya kiçik bir kamera göndərirəm. Görəndə mənə deyin, mən də sizə nə edəcəyinizi deyəcəm!

"Hər kəsin xoşbəxt olduğu an. Hasan gecəgörmə kameralarına qoşulan kiçik ekranda qızları görmək üçün komandasına qoşulur. Onlar həm Merve, həm də İremi görə bilirlər.

"Çox gözəlsiniz. Çox tərpənməyin. İrem kameranı çək ki, Merveni daha yaxşı görə bilim".

Ekranda İremin gülümsədiyini görürük. Onları sıxışdıran beton bloklar arasında kifayət qədər boşluq var.

Hər kəsin üzündə rahatlıq var. Qızlar yaxşı görünürlər və çuxuru bir az da böyütsələr, İremin özünü çölə çıxaracaq qədər yeri olacaq.

Lakin az sonra komanda narahat görünməyə başlayır. Merve onlara deyir ki, üşüyür, ayağının üstündə nəsə ağır bir şey var.

Tibb işçiləri narahatdır ki, "Mervenin ayaqlarında qanqrenmi var, yoxsa bu hipotermiyanın ilk əlamətidir?"

Səhər saat 5 olub.

Tunel indi komandanın ən arıq üzvünün girə biləcəyi qədər genişdir. Xilasedici bir neçə saniyə əlini uzadıb İremin əlindən tuta bildi.

İrem xilasedicilərə deyib ki, “Anamızın cəsədinin iyi gəlməyə başlayıb və biz normal nəfəs ala bilmirik”. Bacılar günlərlə analarının cəsədinin yanında uzanıblar.

Hasan hələ də sakit və stresli şəkildə gözləyən Mervenin dostlarından birindən qızların fotolarını göstərməsini xahiş edir. Onlar dəliyi nə qədər böyütmək lazım olduğunu hesablamağa çalışırlar. Toyda çəkilən fotoda bacılar gülümsəyirlər.

"Əla! Biz onları çıxara bilərik”. Həkim qupu termal adyal və xərəkələr hazırlayır. Hamı həyəcanlıdır. Səhər altının yarısıdır və birinci İrem çıxır. Eyni zamanda ağlayır və gülür.

“Allah sizdən razı olsun. İndi Merveni çıxarın, lütfən, - xilasedicilərə deyir.

Hasan isə “Mərve də çıxacaq, söz verirəm” deyə cavab verir.

Ancaq Mervenin çölə çıxması üçün daha yarım saat vaxt lazımdır. Onlar heç bir zərər vermədən onun ayaqlarının üstündəki betonu götürməlidirlər. Əməliyyat uğurla başa çatır.

Merve çıxanda hamı əl çalmağa, qışqırmağa başlayır. Merve ağrıdan qışqırdı, amma sonra: "Mən doğrudanmı yaşayıram?" soruşduğunu eşidirəm.

Antakyada zəlzələ

Mustafa gülümsəyərək “Sən sağsan, əzizim” deyir.

Bütün gecəni orada gözləyən dostları göz yaşları içində qışqırır. “Mərvə! İrem! Biz buradayıq. Qorxmayın"

Bacılar təcili yardım maşını ilə səhra xəstəxanasına aparılır.

Bu sevincli anların ardınca qan donduran an gəlir. Xilasedicilər yenə hamıdan sakit olmağı xahiş edirlər.

Bu, indi son çağrışdır.

“Səsimi eşidən mənə cavab versin. Cavab verə bilmirsinizsə, yerə vurmağa çalışın"

Hasan müxtəlif istiqamətlərdən təkrar-təkrar cəhd edir və sonra təəssüf ki, dağıntı yerini qırmızı sprey boya ilə işarələyir. O, digər komandaların axtarış aparmaması üçün işarə olan kodu yazır.

Deyir ki, “Bir insanı xilas etmək gözəl hissdir, amma arzu edirəm ki, ölüm heç olmayaydı”. Üzündəki ağrını görə bilirəm.

"Merve və İremlə nahar edəcəksinizmi?" Mən soruşuram. Gülümsəyir və deyir: “İnşallah bir gün edəcəyik. Amma ən əsası onların indi sağ olması və etibarlı əllərdə olmasıdır”.