Türkiyəyə yardım: “Təzə, ya da yuyulub ütülənmiş geyimlər göndərmək olar”

Türkiyədə zəlzələ yardım
    • Müəllif, Səadət Akifqızı, İlkin Həsənov
    • Vəzifə, Bakı, BBC Azərbaycanca

Fevralın 6-da Türkiyənin on bölgəsinə təsir etmiş dağıdıcı zəlzələdən sonra Azərbaycandan bu ölkəyə vətəndaşların göndərdiyi 100 yük maşını humanitar yardım gedib.

Yardım aksiyasının təşkilatçıları elan ediblər ki, daha çox təzə geyim və əşyalara ehtiyac var. Ancaq sosial mediada bəzi istifadəçilər geyilmiş paltarların nə üçün ianə edilə bilməyəcəyini müzakirə edirlər.

BBC News Azərbaycanca yardımların koordinasiyasında iştirak edən Kızılay nümayəndəsindən yardım üçün tələb olunan məhsullarla bağlı tez-tez soruşulan sualların cavabların öyrənib.

Videonu Youtube kanalımızda izləyə bilərsiniz.