Zəlzələ bölgəsinə necə kömək etmək olar?

Özge Özdemir

BBC Türkçe

Türkiyə zəlzələ Suriyada zəlzələ yardımlar

Şəklin mənbəyi, Getty Images

İki böyük zəlzələnin dağıdıcı nəticələrindən sonra bir çox insan sosial mediada və ya yerlərdə zəlzələ bölgəsinə yardım təşkil edir.

Lakin bu gün sosial şəbəkələrdə paylaşılan videolarda görünür ki, zəlzələ bölgəsinə göndərilən paltar qutuları zibil qalaqları əmələ gətirib və yararsız halda palçıqa tökülüb.

Humanitar yardım logistikası və fəlakətlərin idarə edilməsi üzrə ekspertlər yardımın zəlzələ zonasına mütəşəkkil çatdırılmasının vacibliyini vurğulayırlar.

Humanitar logistika və fəlakətlərin idarə edilməsi üzrə ekspert Professor, doktor Burcu Balçık qeyri-mütəşəkkil yardımın xeyirdən çox zərər gətirdiyini deyir.

“Qeyri-mütəşəkkil heç bir şey göndərməyin, yük maşını göndərməyin. Bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının çağırışlarına cavab verə bilərsiniz, lakin belə etmək lazım deyil ki, evimizdə nə varsa maşına yığıb göndərək”, - deyə Balçık, belə hallarda göndərilən yardımların töküntüyə və zibilə çevrildiyini vurğulayır.

"Eyni zamanda yararsız hala düşmüş bu yardımları yandıraraq məhv etməli olacaqlar", o bildirir.

Bəs, zəlzələ bölgəsinə yardım əlini uzatmaq istəyənlər bunu necə etməlidir?

Türkiyədə zəlzələ

Şəklin mənbəyi, TWITTER

Şəklin alt yazısı, Sosial mediada paylaşılan görüntülərdə istifadəyə yararsız yardımların gətirildiyi müşahidə olunur.

İlk növbədə maliyyə yardımı tövsiyə olunur

Balçık izah edir ki, yardımlar ehtiyacı olanlara çatdırılarkən təsnif edilməli və fəlakət bölgələrində logistika təmin edilməlidir, bunun üçün isə səy və təşkilatlanma tələb olunur.

Odur ki, yerlərdə qeyri-mütəşəkkil qeyri-hökumət təşkilatları (QHT) və rəsmi qurumlar tərəfindən göndərilən istənməmiş yardımların göndərilməsi fəlakət bölgəsində mühüm və təxirəsalınmaz səyləri təcrid edə bilər.

Özyeğin Universitetinin Sənaye Mühəndisliyi Fakültəsindən Balçık məhz buna görə nağd yardıma üstünlük verilməsinin və yardımların uzun müddət izlənilməsinin vacibliyini vurğulayır.

İstanbul Texnik Universiteti (İTU) Fəlakətlərin İdarə Edilməsi İnstitutunun direktoru? professor Mikdat Kadıoğlu da deyir ki, fəlakətlər zamanı daha çox maliyyə yardımı edilməsi tövsiyə olunur.

“O pulla dağılmış bölgədən və ətraf bölgələrdən alış-veriş edilməlidir ki, yerli iqtisadiyyat çökməsin və daxili miqrasiyaya təkan verməsin”.

Yük maşınları göndərərkən nəyə diqqət edilməlidir?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Fəlakətlərin idarə edilməsi üzrə ekspert Kadıoğlu bildirir ki, yük maşını göndərilərkən, aşağıdakı amillər nəzərə alınmalıdır:

Göndərilən materiallar oradakı ehtiyaclara nə dərəcədə uyğundur?

Bir yük maşınının bir lirəlik materialı ora daşımasının neçəyə başa gəldiyini hesablamaq lazımdır.

Qida məhsullarının gedənə qədər xarab olub-olmayacağına qərar verilməlidir.

Fəlakət bölgəsinə TIR göndərilərkən nəzərə alınmalı olan ən mühüm amillərdən biri fəlakət bölgəsində yollarda TIR-ların yaratdığı tıxacdır.

Mütəşəkkil olmayan TIR-lar nəqliyyatın hərəkətini intensivləşdirərək axtarış və xilasetmə işləri üçün əraziyə göndərilən təcili yardım maşınları və ya kranların əraziyə tez çatmasına mane ola bilər.

Kadıoğlu fəlakət bölgəsində yük maşınlarının yaratdığı sıxlığı nəzərə alaraq, bu yardımların təsnifatı və paylanmasının böyük işlər olduğunu bildirir.

Digər tərəfdən, Kadıoğlu həmçinin deyir ki, “AFAD (Fəlakət və Fövqəladə Hallar İdarəsi) və ya digər qurumlar fövqəladə hallarla o qədər məşğuldurlar ki, ianələrin idarə edilməsinə ayırmağa vaxtları yoxdur”.

“Öz səlahiyyətləriniz daxilində kömək edin”

Bu səbəbdən Burcu Balçık bu sahədə fəaliyyət göstərən qurumlar və QHT-lərlə əməkdaşlıq edilməli olduğunu da bildirir.

Fəlakət bölgəsində humanitar yardım təşkilatlarının aylarla çalışacağını bildirən Balçık natural yardımların uzunmüddətli və mütəşəkkil şəkildə göndərilməsi lazım olduğunu bildirir.

Hər kəsin öz səlahiyyətləri daxilində kompüterdə kömək edə biləcəyini deyən Balçık görüləcək işləri belə sıralayır:

“Tərcüməçilərər ehtiyac var, Humanitar açıq küçə xəritəsi komandası (Humanitarian OpenStreetMap Team) tərəfindən xəritəçəkmə fəaliyyətləri var. Harada işləyiriksə, iş yerimizdə uzunmüddətli nə iş görüləbiləcəyini müzakirə edə bilərik. Bir az daha soyuqbaşlı və səlahiyyətlərimizi düşünərək"...

“Əgər biz proqram təminatçısıyıqsa, məsələn, uşaq bezləri istehsal ediriksə, QHT-lərlə danışaraq orada uzunmüddətli perspektivdə necə kömək edəcəyimizə qərar verə bilərik”.

“Biz QHT-də könüllü ola bilərik; Biz belə bir fəlakətdə çağırıldıqda, aldığımız təlim çərçivəsində yardımın bir hissəsi ola bilərik”.

“Fəlakət qurbanları da işin bir hissəsi olmalıdır”

Sürətli yardımın ən yaxşı yardım olmadığını və hətta başqa fəlakətlərə yol aça biləcəyini vurğulayan Balçık xüsusi səlahiyyəti olmayanlara fəlakət bölgəsinə getməməyi tövsiyə edir:

“Özünü saxlaya bilməyib ora getmək istəyənlərə də "getməyin, yollar bağlıdır, bir də sizi yedirtmək, içirtmək, yatacaq yer tapmaq üçün resurs xərcləyəcəklər" deyirəm.

Balçıkın sözlərinə görə, bağlamaları çatdırmaq havayı vaxt itirməkdir. O deyir ki, onların psixologiyası üçün belə işlərin qurbanlar tərəfindən edilməsi önəmlidir:

“Hesab olunur ki, sağ qalanlar bu cür işi görə bilməzlər, lakin araşdırmalar göstərir ki, sağ qalanların bu prosesə cəlb edilməsi çox vacibdir:

"Bir şeyin bir hissəsi olmaq, bir şeyi yenidən qurmaq, yenidən qurmanın bir hissəsi olmaq psixoloji cəhətdən dəyərlidir".