Atatürk hava limanına hücum: 41 ölü, 239 yaralı

İstanbulun beynəlxalq Atatürk hava limanında atəş və bomba hücumu nəticəsində azı 41 nəfər həlak olub, 239 insan yaralanıb, rəsmilər bildirir.

İstanbul bələdiyyə rəhbəri ölənlərdən 13-nün xarici vətəndaşlar, qalanların isə türklər olduğunu bildirib.

Basqınçılar çərşənbə axşamı terminalın içində və kənarda atəş açmağa başlayıblar və polisin onlara atəş açmasından sonra özlərini partladıblar, rəsmilər bildirir.

Polis şübhəliləri aeroportun girişində durdurmaq üçün onlara atəş açıb

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Polis şübhəliləri aeroportun girişində durdurmaq üçün onlara atəş açıb

Məlumata görə, yaralılar arasında vəziyyəti ağır olanlar da var. Xəsarət alanlar arasında xarici vətəndaşların da olduğu bildirilir.

Hücum zamanı zərərçəkənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması isə araşdırılır, Azərbaycan XİN sözçüsü bildirib.

Baş nazir Binali Yıldırım bildirib ki, ilkin versiyaya görə, hücumların arxasında özünü İslam Dövləti adlandıran qruplaşma dayanır.

Ədliyyə naziri Bekir Bozdag yaralıların sayının 147 olduğunu deyib.

Türkiyədə baş vermiş son bomba hücumları kürd separatçıları və ya İD qrupuna aid edilir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan deyib ki, "hücum yaraqlı qruplara qarşı qlobal mübarizədə dönüş nöqtəsi olmalıdır".

Şəklin mənbəyi, AFP

Çərşənbə axşamı baş verənlər böyük, razılaşdırılmış hücum kimi görünür, BBC-nin əməkdaşı Mark Lowen deyir.

Üç hücumçu terminala giriş məntəqəsinin yaxınlığında atəş açıb. Polisin onlara atəş açmasından sonra isə özlərini partladıblar, rəsmilər deyirlər.

"Qara geyimli"

İlkin rəsmi məlumata görə hadisədə ölənlər arasında bir İran və bir Ukrayna vətəndaşı var.

Xəbərlər ziddiyyətli olsa da belə görünür ki, hücumçular girişdə yerləşdirilmiş Rentgen nəzarət qurğuları yaxınlığında atəş açıblar. Onlardan iki nəfər binaya soxula bilib.

Hüücumlarda 36 nəfər həlak olub, azı 147 nəfər yaralanıb

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Hüücumlarda 36 nəfər həlak olub, azı 147 nəfər yaralanıb
Xəsarət alanlar arasında xarici vətəndaşlar da var

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Xəsarət alanlar arasında xarici vətəndaşlar da var

Şəklin mənbəyi, Getty

Sosial mediada aeroport binasına daxil olmuş şəxsin ətrafındakı insanların qaçdığını görmək olar.

O, polis tərəfindən güllələndikdən sonra 20 saniyəyədək uzanmış vəziyyətdə qaldıqdan sonra özünü partladır. Hücumçuların üçü də öldürülüb.

Cənubi Afrikaya yollanmaq üçün reysini gözləyən Paul Roos adlı sərnişin gördüyü hücumçunu təsvir edir: "O başdan ayağa qara geyinmişdir. Onun üzündə maska yox idi. Biz piştaxtanın arxasında daldalandıq. Lakin mən başımı qaldırıb ona baxdım. Bu vaxt bir-birinin ardınca iki partlayış baş verdi".

Paul Roos-un sözlərinə görə bundan sonra atəşi dayandıran hücumçu eskalatora mindi.

“Biz daha çox atəş səsi və daha bir partlayış eşitdik və hər şey bitdi.”

Hücumdan sonra hava limanından uçuşlar dayandırılsa da yenidən bərpa olunub.

Lakin lövhələrdə reyslərin üçdə birinin ləğv edildiyini görmək olar. Bir çox uçuşlarda gecikmələr var.

Atatürk Hava Limanı

  • Londonun Heathrow və Parisin Charles de Gaulle aeroportlarından sonra Atatürk Hava Limanı dünyanın ən məşğul aeroportudur.
  • 2015-ci il ərzində Atatürk aeroportu 61.3 milyon sərnişinə xidmət göstərib.
  • İstanbulun Yeşilkoy bölgəsində tikilən hava lımanına 1980-ci ildə müasir Türkiyənin banisi Mustafa Kemal Atatürkün adı verilib.
  • Aeroportda Beynəlxalq və Yerli uçuşlar üzrə iki sərnişin terminalı var.
  • Gələn il Arnavutköy dairəsində dünyanın ən iri hava limanı olacağı deyilən yeni aeroportun istismara verilməsindən sonra Atatürk hava limanı fəaliyyətini dayandırmalıdır.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Reuters

Şəklin mənbəyi, Reuters

İstanbulun bələdiyyə başçısı Vasip Şahin AP agentliyinə bildirib ki, ona verilən məlumata görə, "beynəlxalq terminalın girişində terrorçu əvvəlcə "Kalaşnikovdan" atəş açıb, sonra isə özünü partladıb.”

Rəsmi ABŞ hücumu "dəhşətli" adlandırıb və bildirib ki, "Türkiyə üçün Amerikanın dəstəyi dəyişməz qalıb".

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, "biz qurbanlar üçün kədərlənirik. Türkiyənin yanındayıq".

Dekabr ayında Sabiha Gökçen hava limanında partlayış nəticəsində təmizlikçi ölüb.

ABŞ Dövlət Departamentinin mart ayında dərc etdirdiyi və bu bazar ertəsi yenilədiyi xəbərdarlıqda ABŞ vətəndaşlarına Türkiyədə ictimai yerlərdə xüsusilə diqqətli olmaq tövsiyə edilib.