Türkiyə: Diyarbakırda partlayış nəticəsində 7 polis ölüb

Partlayışın olduğu bölgə şəhərin sakit bilindiyi rayonda yerləşir

Şəklin mənbəyi, Kadir Konuksever

Şəklin alt yazısı, Partlayışın olduğu bölgə şəhərin sakit bilindiyi rayonda yerləşir

Türkiyənin cənub-şərqindəki əsasən kürdlərin yaşadığı Diyarbakır şəhərində partlayış olub, 7 polis işçisi həlak olub, ən azı 27 nəfər yaralanıb. Yaralananların 13 nəfəri də polis əməkdaşı olub.

Partlayışın avtobus dayanacağının yanında baş verdiyi xəbər verilir.

Partlayış zirehli polis maşınının keçdiyi zaman baş verib.

Türkiyə ordusu regionda Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı əməliyyatlar keçirir.

Türkiyə kökuməti ilə PKK arasında atəşkəs keçən ilin iyul ayında pozulub.

Dogan xəbər agentliyi partlayışa görə "terrorçuları" günahlandırıb.

Türkiyənin baş naziri Ahmet Davutoğlu cümə günü Diyarbakıra səfər etməyi planlaşdırırdı.

Bu il Ankarada 60 nəfərdən çox insanın ölümü ilə nəticələnmiş iki partlayışa görə PKK-ın qanadı olan TAK məsuliyyəti üzərinə götürüb.