Ankara partlayışına görə TAK kürd qrupu məsuliyyəti üzərinə götürüb

Şəklin mənbəyi, AFP
“Kürdüstan Müstəqillik Şahinləri” (TAK) qrupu bazar günü Ankarada törədilən və çoxlu sayda insan ölümünə səbəb olmuş partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Qrupun internetdə yerləşdirdirdiyi bəyanatında deyilir ki, 37 insanın həlak olduğu partlayış hökumət qüvvələrinin kürdlərin çoxluq təşkil etdiyi cənub-şərqdə keçirdiyi hərbi əməliyyatlara cavab olub.
TAK partlayışın mülki şəxslərə deyil, təhlükəsizlik qüvvələri əməkdaşlarına qarşı yönəldiyini qeyd edir.
Eyni zamanda təşkilat xəbərdarlıq edir ki, Türkiyə hakimiyyəti öz siyasətini dəyişməsə, qruplaşma yeni aksiyalar keçirər və yeni qurbanlar olar.
Martın 13-də Ankarada iki əsas nəqliyyat xətləri kəsişən ərazidə içində bomba olan avtomobil partladılmşdı.
Rəsmi məlumata görə, hücum nəticəsində <link type="page"><caption> 37 adam həlak olub</caption><url href="http://www.bbc.com/azeri/region/2016/03/160313_ankara_explosion.shtml" platform="highweb"/></link>, onlarla xəsarət almış insan xəstəxanada müalicə olunur.
TAK qrupu Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) bir qolu sayılır. Bu qrup ötən ay Ankarada 30-a yaxın adamın ölümü ilə nəticələnmiş bomba hücumuna görə də məsuliyyəti üzərinə götürüb.
Türkiyə hakimiyyəti bazar günü baş verən partlayışa görə PKK-nı günahlandırmışdı.




