ABŞ Səfirliyi: Təhdid məlumatını türk rəsmilərindən təsdiqlədik

Şəklin mənbəyi, DHA
Ankaradakı hücumla bağlı ABŞ-ın Türkiyədəki səfirliyi 11 martda yaydığı xəbərdarlıq haqqında açıqlama verib.
Səfirlik, sosial mediada yayılan təhdid məlumatlarını türk rəsmilərinə istinadən yaydıqlarını açıqlayıb.
Türk və ingiliscə yayılan açıqlama ABŞ-ın Türkiyə səfriliyinin Twitter hesabında paylaşılıb.
"ABŞ Səfirliyinin Ankarada olan ABŞ vətəndaşlarına ünvanladığı mesajla bağlı fərziyyələrin həqiqətləri" başlıqlı tvitdə yazılır ki, səfrilik hücumla bağlı məlumatdan ötən həftə sosial mediada dolaşan və mənbəyinin türk rəsmi orqanları olduğu deyilən "hücum təhlükəsindən" sonra xəbərdar olub.
Açıqlamanın davamında deyilir ki, səfirlik məlum xəbərdarlığı Türkiyə rəsmiləri ilə təsdiq edəndən sonra həmişə olduğun kimi, Ankarada olan həm dövlət vəzifəliləri, həm də sadə ABŞ vətəndaşlarına, o cümlədən ABŞ səfirliyinin türk işçilərinin nəzərinə çatdırmaq üçün məlumat yayıb.
ABŞ-ın Türkiyədəki səfiriliyi 11 mart tarixində öz rəsmi internet səhifəsində məlumat yayaraq ABŞ vətəndaşlarını Ankarada baş verə biləcək "terror hücumu" ilə bağlı xəbərdarlıq etmişdi.
Xəbərdalıqda ABŞ vətəndaşalrından Bahçelievler adlanan ərazidən uzaq durmaları xahiş olunmuşdu.
Bazar günü axşam saatlarında bomba hücumunun baş verdiyi Güvenpark isə Bahçelievlerden piyada 30-40 dəqiqə uzaqlıqda yerləşir.
"ABŞ Türkiyənin yanındadır"
"ABŞ bu terror hücumunu qətiyyətlə qınayır", Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Price deyib. “Biz NATO üzvü və yaxın tərəfdaşımız olan Türkiyənin yanındayıq”, o, deyib.
"Bu qorxunc hərəkət türk xalqına qarşı törədilən çoxsaylı terror hücumlarından sonuncusudur. ABŞ terrorla mübarizədə NATO üzvü və yaxın ortağı olan Türkiyənin yanındadır," Price əlavə edib.
"Terror təhdidiylə mübarizədə NATO müttəfiqimiz olan Türkiyə ilə güclü ortaqlığımızı bir daha təsdiq edirik", ABŞ Xarici İşlər Nazirliyi sözçüsü John Kirby başsağlığı mesajında belə yazıb.



