İstanbulda partlayış: 11 adam ölüb

İstanbulda avtomobilə quraşdırılmış bomba partlayışı nəticəsində 7 polis əməkdaşı və 5 mülki şəxs həyatını itirib, rəsmilər deyir.

Bu, cari il ərzində Türkiyənin ən iri şəhərində baş vermiş sayca 4-cü hücumdur. Basqın turistlər arasında populyar olan tarixi Beyazit Meydanı yaxınlığında baş verib. Polis avtobusu Vezneciler rayonundan keçərkən məsafədən idarə olunan partlayıcının işə salındığı bildirilir.

Partlayışa görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin prezident Recep Tayyip Erdoğan hücumda kürd silahlılarının iştirakına dair eyham vurub.

Bundan əvvəl Türkiyə təhlükəsizlik qüvvələrinə hücumlara görə məsuliyyəti öz üzərinə PKK və onunla bağlı qruplar götürüb.

Vezneciler rayonunda səhər çağlarında baş verən partlayış nəticəsində 11 nəfər ölüb və 36 adam yaralanıb, İstanbul meri Vasip Şahin deyib.

Azərbaycanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluq hadisədə Azərbaycan vətəndaşının ölməsi barədə xəbərləri araşdırır.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.

Hadisəni işıqlandıran Türkiyənin NTV kanalı partlayışda yaralananlardan bir nəfərin Azərbaycan vətəndaşı olduğunu bildirmişdi.

Hücumda xəsarət alanlara Türkiyə prezidenti baş çəkib.

"Təkrar başımız sağolsun, Allah səbr versin", - Eğitim ve Araştırma hospitalını ziyarət edən Recep Tayyib Erdoğan deyib.

O, iki yaralının reanimasiyada olduğunu və polis əməliyyatının davam etdiyini bildirib.

Prezident Erdoğan "terrorla mübarizə"də qərarlı olduğunu deyib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Prezident Erdoğan "terrorla mübarizə"də qərarlı olduğunu deyib.

"Terrorçu təşkilatın törətdiyi insanlığa qarşıdır. Terrorla mübarizə axıra kimi davam edəcək".

Türkiyənin xarici işlər naziri deyib ki, hücumçular müqəddəs Ramazan ayına məhəl qoymadan bomba partlayışı törədirlər.

Dövlət televizisiyasına danışan Mevlüt Çavuşoğlu ölkəsinin müxtəlif bölgələrdə “terrorçuluğun bütün formalarına” qarşı vuruşduğunu deyib.

Kürd separatçılarla qarşıdurma və Suriyadakı münaqişə nəticəsində Türkiyədə zoraklığın səviyyəsi artıb.

Şəklin mənbəyi, DHA

Şəklin mənbəyi, DHA

Şəklin mənbəyi, DHA

Şəklin mənbəyi, DHA

Şəklin mənbəyi, AFP

Hadisə yerindən çəkilən şəkillərdə partlayış nəticəsində zədələnmiş avtobusu görmək olar.

Xəbərlərə görə hadisə yerində atışma səsləri eşidilib.

İstanbulda son partlayışlar

  • Mart 2016: Ankarada kürd millətçiləri tərəfindən 35 adam öldürülüb və İstanbuldakı hücumda 4 adam ölüb
  • Fevral 2016: Ankarada hərbi karvana hücum zamanı 28 adam öldürülüb
  • Yanvar 2016: İstanbulda İŞİD-in törətdiyi güman edilən partlayışda 12 alman turisti öldürülüb
  • Oktyabr 2015: 100-dən artıq adam Ankarada kürdlərin keçirdiyi sülh yürüşündə iki partlayış nəticəsində öldürülmüşdü