Ermənistan Rusiya qazını Azərbaycan vasitəsilə almaq istəyir

Videonun alt yazısı, Ermənistan Rusiya qazını Azərbaycan vasitəsilə almaq istəyir
Ermənistan Rusiya qazını Azərbaycan vasitəsilə almaq istəyir

Ermənistan Rusiyadan mayeləşdirilmiş qaz idxalını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan jurnalistlərə bildirib.

Ermənistan maye qazı Rusiya və İrandan idxal edir.

Şaboyanın sözlərinə görə, İranda baş verən hadisələr səbəbindən hazırda bu ölkədən idxal mümkün deyil, Rusiyadan isə hava şəraiti səbəbindən Yuxarı Lars keçid məntəqəsinin bağlanması çətinlik yaradır.

"Hazırda Rusiya mayeləşdirilmiş qazının Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılması məsələsi müzakirə olunur", - nazirliyin sözçüsü deyib.

Hələlik qazın idxal edilməsinin vaxtı və hansı şirkət və ya şirkətlər tərəfindən yerinə yetiriləcəyi müəyyən edilməyib.

Son iki ayda Ermənistanda maye qazın qiyməti 1 litri 160 drama (təxminən 42 sent) satılan qaz 290 və bəzi yerlərdə hətta 300 drama (təxminən 76-78 sentə) satılır.

Bəzi yanacaq satma məntəqələrində isə "qaz yoxdur" lövhələri asılıb.