Türkiyənin PKK və "İslam Dövləti" problemi

Türkiyə İD qruplaşmasına qarşı savaşda diplomatik və hərbi səylərini gücləndirib.

Türkiyə Suriyada İD qrupuna, İraqda isə kürd separatçılarına qarşı aviasiya reydləri keçirəndən sonra NATO səfirlərilə təhlükəsizlik qayğılarını müzakirə etmək niyyətindədir.

Baş nazir Ahmet Davutoğlu ölkəsinin Suriyaya qoşun göndərmək planının olmadığını bildirib.

Bu hadisələr Türkiyənin 3 il əvvəl kürdlərlə başladığı barış prosesinin pozula biləcəyilə bağlı narahatlıq fonunda baş verir.

İstanbuldan BBC müxbiri Mark Lowen xəbər verir.