Türkiyə: polis məntəqəsi yaxınlığında ölümcül bomba partlayışı

Şəklin mənbəyi, Reuters
Gaziantep şəhərindəki polis mətəqəsi yaxınlığında avtomobildə bomba partlayışı nəticəsində ən azı bir polis həlak olub, rəsmilər bildirir.
Partlayış nəticəsində 19 polis işçisinin və dörd mülki şəxsin yaralandığı deyilir.
Partlayış, Suriya ilə sərhəddən 10 km məsafədə yerləşən şəhərdə yerli vaxtla saat 9:30-da baş verib.
Türkiyədə son vaxtlar baş vermiş ölümcül partlayışlara görə məsuliyyəti üzərinə ya kürd silahlıları, ya da özünü İslam Dövləti (İD) adlandıran qruplaşma götürüb.
İntiharçıların hədəf aldığı şəhərlər arasında Ankara, İstanbul və Bursa şəhərləri də olub.
Yaralılardan doqquzu polis işçisidir, Gaziantep yerli hakimiyyətinə istinadən bildirilib.
Bəzi məlumatlara görə, partlayışdan sonra silah səsləri eşidilib.
Gaziantepdə bir neçə İD şəbəkələrinin olduğu güman edilir.




