Soma qəzasına görə üç nəfərə qarşı ittihamlar irəli sürülüb

Şəklin mənbəyi, AFP
Türkiyədə Soma qəzasını araşdıran polislər üç adamı bir neçə ölümə səbəb olmaqda ittiham edərək həbs edib, rəsmilər deyib.
Onlar bazar günü saxlanılan 25 adam arasında idilər.
Çərşənbə axşamı günü baş verən partlayış və yanğın nəticəsində 301 adam ölüb.
Hökümətə və mədən operatorlarına qarşı etirazlara səbəb olan hadisə ölkənin tarixində ən dəhşətli mədən fəlakəti idi.
"Şübhəli şəxslər etinasızlığa görə bir neçə adamın ölümünə səbəb olmaqda ittiham olunurlar", prokuror Bekir Sahiner jurnalistlərə deyib.
Bazar günü saxlanılanlardan altı nəfər buraxılıb, cənab Sahiner əlavə edib.
Bundan əvvəl mədəni idarə edən şirkət səhlənkarlığa yol verdiyi barədə ittihamları rədd etmişdi.
Soma Holding şirkəti fəlakətlə bağlı atdığı addımları müdafiə edərək mədəndə təhlükəsizlik standartlarına əməl edildiyini bildirib.



