Türkiyənin Həmkarlar Ittifaqları ölkəni tətilə çağırır

Şəklin mənbəyi, AP
Türkiyənin iri Həmkarlar İttifaqları Soma şəhərində mədəndə 274 nəfərin həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər.
Qurbanların sayı artır, belə ki onlarla mədənçi hələ də dağıntılar altında qalıb.
Hİ rəhbərlərinin sözlərinə görə, ölkədə dağ mədəni sənayesinin son özəlləşdirilməsi mədənçilərin əmək şəraitini ağırlaşdırıb və həyat üçün təhlükəli edib.
İnqilabçı Əməkçi Hİ Konfederasiyasının rəhbəri Arzu Çərkəzoğlu paytaxt sakinləri qara geyinməyə və Əmək Nazirliyinin binasına yürüş etməyə çağırıb.
“Somada kütləvi qətliamda gəlir arxasında xərcləri ixtisar edən özəlləşdirmə siyasətini irəli sürənlər günahkardır. Və onlar baş verənlərə görə cavab verməlidirlər”, digər təşkilat - Dövlət qulluqçularının Həmkarlar İttifaqının bəyanatında deyilir.
Müxalifətin hücumları
Bir gün əvvəl partlayış baş verən Soma şəhəri yaxınlığındakı mədən 2005-ci ildə özəlləşdirilib.
Faciə nəticəsində son məlumatlara görə, 274 mədənçi həyatını itirib, müxtəlif dərəcəli xəsarət alan 90 nəfər xəstəxanaya çatdırılıb.

Şəklin mənbəyi, Reuters
Xilasedicilər mədən daxilində ola biləcək insanların axtarışını davam edir, 100 nəfərə yaxın insan itkin düşmüş sayılır.
Amma xilasedicilərin sözlərinə görə, zaman onların əleyhinə işləyir, mədəndə yanğın davam edir.
Həlak olanlar və yaralananların ailələri ilə psixoloqlar işləyir.
Cümə axşamı ölkədə üçgünlük matəm başlayır.
Parlamentin müxalifətdən olan üzvləri hakimiyyəti az öncə parlamentdə mədənlərdəki bədbəxt hadisələri araşdırmaq üçün komissiyanın yaradılması təklifindən imtina etməsini xatırladıb.
Bu arada Türkiyənin Əmək və Sosial Təminat Nazirliyi mütəmadi olaraq mədənlərdə təftişin aparıldığını və son təftişin bu ilin mart ayında keçirildiyini bəyan edib, Reuter agentliyinin sitat gətirir.
Kömürün hasilatı Soma şəhəri rayonunda sənayenin əsas sahələrindən biridir.
İctimai narazılıq
Ankara və İstanbulda polis mədəndə faciə ilə əlaqədar narazılığını ifadə etmək üçün küçəyə çıxan yüzlərlə insanların nümayişini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
İstanbulda etirazçılar Taksim meydanına, Soma mədəninə sahibi olan şirkətin baş ofisinin yerləşdiyi binanın qarşısına toplaşıb.
Ankarada 800 nəfər universitetdən energetika nazirliyinə gedən yolda yürüş təşkil edib.
Aksiyalarda hökumətin istefaya getməsinə çağırışlar paylanılıb.

Şəklin mənbəyi, AFP
Baş nazir Receb Tayyip Erdoğanın Somaya səfəri zamanı yerli sakinlər prezident kortejini daşlamağa cəhd ediblər.
Türkiyənin energetika naziri Taner Yıldız bəyan edib ki, partlayışa səbəb qısaqapanma olub. Partlayış zamanı onun sözlərinə görə mədəndə 787 nəfər olub.
Soma Kömür İşletmeleri Şirkətinin nümayəndələri bəyan edib ki, qəzanın səbəblərinin araşdırılmasına başlanılıb.
Onların sözlərinə görə, bədbəxt hadisə mədəndə “güclü təhlükəsizlik tədbirləri görülməsinə” baxmayaraq baş verib.
Hazırkı anda onların sözlərinə görə, “bizim əsas məqsədimiz-mədənçilərin ailələri ilə birləşdirmək üçün yerin üzünə qaldırılmasıdır”.
Öz araşdırmasını Baş Prokurorluq da başlayıb. Amma prokurorluq bəyan edib ki, müstəntiqlərin dindirmək və saxlamaq istədiyi şəxslərin özü mədəndə həyatını itirib.
Roma Papası hamını ölən mədənçilərin ruhu üçün dualar etməyə çağırıb.




