Putin Ukraynanın "vətəndaş müharibəsinin astanasında" olduğunu deyir

Şəklin mənbəyi, .
Rusiya prezidenti Vladimir Putin Ukraynanın rusiyameylli separatçılara qarşı qoşun göndərməsindən sonra ölkənin "vətəndaş müharibəsinin astanasında" olduğunu bildirib.
Almaniya Kansleri Angela Merkellə söhbətdə cənab Putin hadisələri "kəskin gərginləşmə" adlandırıb.
Ukrayna çərşənbə axşamı ölkənin şərqində "anti-terror əməliyyatları"nın başlandığını bildirib.
Moskva ötən ay Krımı özünə birləşdirib, güman edilir ki, Ukrayna sərhəddində daha minlərlə qoşuna malikdir.
"Rusiya prezidenti qeyd edib ki, ölkədə münaqişə kəskin şəkildə gərinləşir və bu, vətəndaş müharibəsi effekti yaradır", Kremlin telefon danışığından sonra yaydığı məlumatda deyilir.
Həmçinin bildirilib ki, hər iki lider cümə axşamına planlaşdırılan Rusiya-Avropa İttifaqı, ABŞ və Ukrayna da daxil olmaqla dördtərəfli danışıqların "əməhiyyətini qeyd edib".
Sənəddə Ukraynanın hərbi əməliyyatları da "sülhsevər etirazçılara qarşı zor tətbiq etmək baxımından konstitusiyaya zidd" adlandırılıb.
Hadisələr son günlərdə rusiyameylli qüvvələrin Ukraynanın şərqində 10-a yaxın şəhər və qəsəbənin hökümət binalarını zəbt etməsindən sonra gərginləşib.
Onlar Ukraynadan ayrılaraq geniş səlahiyyətli muxtariyyat və referendum tələb edir.
Britaniyanın xarici işlər naziri William Hague bildirib ki, Rusiya binaların zəbt edilməsi üçün "gizli maskalanmış" silahlı qruplar göndərib.
O bildirib ki, əgər Moskvanın Ukraynanın stabilliyini pozmağa davam edərsə, "ciddi uzun müddətli nəticələrlə" üz-üzə qalacaq.
Ötən gün Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov rusiyapərəst separatçılara qarşı "anti-terror" əməliyyatının <link type="page"><caption> başlandığını</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/04/140415_ukraine_east_turchinov_operation.shtml" platform="highweb"/></link> elan edib.




