Ukrayna: ölkənin şərqində keçirilən əməliyyata ordu cəlb edilir

Slayansk

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Milis şöbəsi naməluç silahlı şəxslər tərəfindən tutulub

Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkənin şərq regionlarında ordunun iştirakı ilə genişmiqyaslı antiterror əməliyyatının başladığnı elan edib.

Bunu Aleksandr Turçinov "Rada telekanalının efirində çıxışında bildirib.

Onun sözlərinə görə Rusiya Ukraynaya qarşı müharibə aparır, ölkənin şərq bölgələrində vəziyyəti qarışdırır, iğtiş və hərcmərclik yaranmasına səy göstərir.

Bu arada Ukraynanın Slovyansk şəhərinə ATƏT müşahidəçilərinin gəldiyi xəbər verilib.

Slavgorod.com.ua saytının məlumatına əsasən, ATƏT nümayəndələri şəhərdə baş verən hadisələr barədə məlumat toplamaq üçün Slovyanska gəliblər.

Ölən və yaralananlar var

Ukrayna rəsmiləri ölkənin şərqində baş verən hadisələrdə ölən və yaralananların olduğunu bildirirlər.

Ukrayna Daxili İşlər naziri Arsen Avakov Facebook səhifəsində yerləşdiyi xəbərə görə, Slovyansk şəhərində keçirilən əməliyyat gedişində Ukrayna Təhlükəsizlik Xidmətinin zabiti ölüb, daha 5 əməkdaş yaralanıb.

Avakovun sözlərinə görə, Slovyansk şəhərində rayon milis şöbəsi binasını tutmuş şəxslər arasında da itki var.

"Slovyansk. Hər iki tərəfdən ölən və yaralananlar var", Avakov yazıb.

Onun sözlərinə görə separaçtçılar dinc əhalidən canlı sipər kimi istifadə edir.

Bərpa cəhdi

Ukrayna rəhbərliyi Slovyansk şəhəri üzərində nəzarəti bərpa etməyə çalışır.

Ukrayna Daxili İşlər naziri Arsen Avakov xəbər verib ki, Slavyansk şəhərində rayon polis şöbəsini ələ keçirmiş şəxslər odlu silahdan atəş açıblar.

"Separatçılar yaxınlaşan xüsusi təyinatlılara atəş açıblar", Avakov Facebok səhifəsində yazıb.

UNİAN agentliyi Slavyansk şəhəri üzərində vertolyotların ucduğunu xəbər verir.

Bundan əvvəl Daxili İşlər naziri Arsen Avakov öz facebok səhifəsində Slovyansk şəhərində "antiterror əməliyyatının başlandığını" elan etmişdi.

Ötən gün Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən Slovyansk şəhərində kamuflyajlı silahlılar milis rayon şöbəsini ələ keçiriblər, mobil rabitə qüllələrini məhv ediblər və Mili Təhlükəsizlik idarəsi binasını mühasirəyə alıblar.