Slovyanskda polis məntəqəsi zəbt olunub
Kamuflyaj geyimli silahlılar şərqi Ukrayna-Rusiya sərhədinin yaxınlığında, Slovyanskdakı polis məntəqəsini zəbt ediblər.
Qıraqdan baxan sakinlər "Faşistlər keçməyəcək!" və "Afərin!" kimi şüarlar səsləndiriblər.
Daxili işlər naziri Arsen Avakov silahlı dəstəni "terrorçular" adlandırıb və deyib ki, xüsusi qüvvələr hücumu dəf edəcək.
Regional polis sözçüsü İhor Dyomin deyib ki, Slovyanskdakı polis məntəqəsinə silahlılar avtobusla gətirilib.
"Altı-yeddi naməlum şəxs (avtobusdan) çıxdı. Onlar göyə bir neçə güllə atıb polis şöbəsini zəbt etməyə cəhd etdilər", o deyib.