Donetskdə hökümət binası necə ələ keçirildi?

Ukraynanın şərqində rusiyapərəst fəallar Donetsk, Luqansk və Xarkovdakı dövlət təhlükəsizlik binalarını ələ keçirib. Daha sonra ölkənin XİN başçısı deyib ki, Xarkovdakı administrasiya binası "sepatatçılardan tamamilə azad olunub".

Hadisələr Donetskdə, Lenin Meydanında keçirilən mitinq zamanı başlayıb. Burada təxminən 2000 adam rusiyapərəst prezident Viktor Yanukoviçin devrilməsinə etiraz etmək üçün və regionun statusu barədə referenduma çağırış etmək üçün etiraz ediblər.

Bəzi fəallar gələn ay keçiriləcək prezident seçkilərini boykot edəcəklərini deyiblər.

Təxminən 50 fəal isə yerli administrasiya binasına doğru yürüş edib.

Binanı qorumaq üçün polis kordonu olsa da, toqquşmalar baş verib və binanı etirazçılardan qorumaq mümkün olmayıb.

Fəallar Ukrayna bayrağını yerindən qopardıb yerinə Rusiya bayrağı qoyublar.

Xarkiv və Luqanskda da oxşar hadisələr baş verib.