Krım Moskva vaxtına keçib
Şənbə günü gecə yüzlərlə adam Krımın Moskva vaxtına keçməsini qeyd etmək üçün paytaxt Simferopoldakı qatar stansiyasına gəlib.
Avropanın digər hissələrində, o cümlədən Ukraynada saatlar yay vaxtına keçmək üçün bir saat qabağa çəkilsə də, Krım saatları iki saat qabağa çəkib.
Rusiya Krımı anneksiya edəndən sonra regionda bir sıra digər dəyişiklik də həyata keçirilib: valyuta Ukrayna qrivnasından Rusiya rubluna keçib, dövlət binalarından isə ukraynaca olan lövhələr çıxarılıb, televizorlar ancaq rus telekanallarını göstərir - Ukrayna telekanallarını peyk və ya kabel vasitəsilə izləmək olar.