Ukraynanın şərqində hadisələrlə bağlı Kerry və Lavrovun baxışları fərqlənir

Şəklin mənbəyi, AP
Vaşinqtonun təşəbbüsü ilə ABŞ Dövlət katibi John Kerry və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında keçirilmiş telefon danışığı zamanı ABŞ Dövlət katibi Moskvaya xəbərdarlıq edib ki, Ukraynanın şərqində gərginliyinin aradan qaldırılması üçün tədbir görülməsə, bu Rusiyaya qarşı ciddi ölçülərin götürülməsilə nəticələnə bilər.
ABŞ Dövlət Departamentinin məlumatına əsasən, telefon danışığı zamanı John Kerry şənbə günü Kramatorsk və Krasnı Liman şəhərlərində baş vermiş hadisələrlə bağlı narahatlıq ifadə edib.
ABŞ bu qənaətdədir ki, Ukraynanın şərqində baş vermiş son iğtişaşalar xaricdən yönəldilir.
“Ukraynanın şərqində yaranmış qərginliyin aradan qaldırılması istiqamətində Moskva addımlar atmasa,bu Rusiyaya qarşı əlavə ölçülərin götürülməsinə səbəb olacaq”, ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunub.
Öz növbəsində Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın hadisələrdə iştirakını inkar edib. Lavrov qeyd edib kı, “Kiyevdəki hökümət ölkənin taleyinə görə məsuliyyət daşımağa qadir olmadığını nümayiş etdirir”.
Sergey Lavrov bir daha vurğalıyıb kı, rusiyapərəst fəallara qarşı güc tətbiq ediləcəyi halda Moskva aprelin 17-də keçirilməsi nəzərdə tutulan ABŞ, Aİ, Rusiya və Ukrayna rəsmilərinin iştirakı ilə görüşdən imtina edəcək.
Bu arada Ağ Ev ABŞ vitse-prezidenti Joseph Bidenin aprelin 22-də Kiyevə səfər edəcəyini xəbər verib.
Məlumata əsasən, Kiyevə səfəri gedişində ABŞ virtse-prezident Ukraynanın şərqindəki vəziyyəti müzakirə edəcək, yaxın və uzaq perspektiv üçün ölkənin enerji təhlükəsizliyi məsələsi müzakirıə olunacaq”, məlumatda qeyd olunub.
.




