Rusiya "terror planlaşdırmaqda" suçlanan 25 ukraynalını həbs edib

Şəklin mənbəyi, Reuters
Federal Təhlükəsizlik Xidməti (FSB) Rusiyada terror aktlarının hazırlanmasında ittiham edilən 25 ukraynalını həbs edib.
Ukraynanın təhlükəsizlik xidməti ittihamları "cəfəng" kimi dəyərləndirib.
Ukraynalılar 14-17 mart arası Rostov, Volqoqrad, Tver, Orel, Belqorod, Kalmıkiya və Tatarstan regionlarında həmlələrin hazırlanmasında ittiham olunurlar.
Həbs edilənlər o cümlədən Rusiya qoşunlarının yerdyişməsini çəkmək və yerli ekstremist qruplarla təmas yaratmaqda ittiham edilirlər.
FSB bəyanatında onların aşırı millətçi qrupa mənsub olduğu deyilir.
Bundan əvvəl Kiyev bəyan edib ki, Maydan etiraz hərəkatının fəallarına qarşı əməliyyatların planlaşdırılmasında suçlanan 30-dək Rusiya FSB əməkdaşı saxlanılıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko FTB-nin Kiyevə “tonnarla” partlayıcı maddə və silah göndərildiyini deyib.
Çərşənbə günü hakimiyyətdən devrilmiş prezident Viktor Yanukoviç "maydançılara" atəş açmaq əmri vermədiyini <link type="page"><caption> bildirib</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/04/140403_yanukovich_crimea.shtml" platform="highweb"/></link>.




