Kiyev etirazçılarını Berkut polisi güllələyib - istintaq nəticələri

Fevralda Ukraynanın xüsusi polisi onlarla anti-hökümət etirazçısını güllələyərək öldürüb, hökümət istintaqının ilkin nəticələri göstərir.

Daxili işlər naziri Arsen Avakov müxbirlərə deyib ki, 12 nəfər Berkut polisinin şəxsiyyəti müəyyənləşdirilib və onlardan üçü artıq həbs olunub.

İstintaq mərkəzi Kiyevin İnstitutska küçəsində 97 adamın öldürülməsilə bağlıdır.

Aylarla davam edən etirazlar Prezident Viktor Yanukoviçin devrilməsində nəticələnib.