Krım: Rusiya hərbçiləri Ukrayna bazasını nəzarət altına alıblar

Şəklin mənbəyi, AFP
Saki şəhəri yaxınlığındakı hissəyə rusiyəpərəst kütlənin hücumundan sonra o rusiyalı hərbçilərin nəzarəti altına keçib.
Yarımadanın qərbindəki Novofedorovka bazasına daxil olanlar onun üzərində Rusiya bayraqlarını qaldırıblar.
Öncədən kütləyə tüstü qumbaraları atan ukraynalılar rusiyalı hərbçilərinin müdaxiləsindən sonra müqaviməti dayandırıblar.
Bundan öncə Rusiya bazanı tərk etmək barədə ultimatum vermişdir.
Bu arada Rusiya hərbçiləri Belbekdəki bazanı nəzarət altına alıblar.
Hadisədə ən azı bir nəfərin xəsarət aldığı bildirilir.
Yarımada boyu bir neçə Ukrayna hissəsi rusiyapərəst fəalların mühasirəsində saxlanılır.
ABŞ və Aİ sanksiyalarına baxmayaraq Prezident Vladimir Putin Krımın Rusiyaya birləşməsini rəsmiləşdirən sənədi imzalayıb.
Avropa İttifaqının sonuncu sanksiyaları Rusiyanın yarımadanı zəbt etməsində iştirak edən 12 adama aiddir




