Vladimir Putin Krımı müstəqil dövlət tanıyıb

vladimir_putin

Şəklin mənbəyi, Reuters

Rusiya prezidenti Vladimir Putin Krım Respublikasının müstəqil dövlət tanınması haqqında fərman imzalayıb, Kremlin mətbuat xidməti bildirir.

“Krım xalqının 2014-cü il, 16 mart tarixli ümumkrım referendumda israr etdiyi iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - fərmanın mətnində deyilir.

Sənədə əsasən, Sevastopol şəhəri “Krım Respublikasında xüsusi statusa malik olması” bildirilir.

Fərman imzalandığı gündən qüvvəyə minir.

Bu fərman Krımın Rusiya Federasiyası tərkibinə daxil etməsi məsələsinin həll olunmasına imkan verir, RİA Novosti-yə RF Dumasının Konstitusiya və Dövlət Quruculiğu Komitəsi rəhbərinin müavini Dmitri Vyatkin şərhində deyib.

“Tanınma, RF tərkibinə yeni subyektlərin daxil edilməsi qaydaları haqqında federal konstitusiya qanunu ilə nəzərdə tutulan, gələcək proseduralar istiqamətində addımdır”, - Vyatkin açıqlayıb.

Çərşənbə axşamı Putin Federal Məclisə növbədənkənar müraciətlə çıxış edəcək. Müraciətin əsas mövzusu, müstəqilliyini elan etmiş və rəsmən federasiyanın subyekti kimi birləşmək xahişi ilə Rusiyaya müraciət etmiş, Krım olacaq.

Rəsmi məlumata görə, bazar günü Krımda keçirilən referendum iştirakçılarının 96 faizi Rusiyanın tərkibinə daxil olmaq lehinə səs verib.

Avropa İttifaqı və Birləşmiş Ştatlar Krımda keçirilən referendumu qeyri-legitim bilir və cavab olaraq, sanksiyalar tətbiq ediləcəyini bəyan ediblər.