ABŞ və Avropa İttifaqı Rusiyaya sanksiyalar tətbiq edib

Krımda referendumun ilkin nəticələri qeyd edilir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Krımda referendumun ilkin nəticələri qeyd edilir.

Avropa İttifaqı nazirləri Krımın Ukraynadan ayrılmasını nəzərdə tutan referendum nəticələri açıqlandıqdan sonra Rusiyaya qarşı növbəti sanksiyaları müzakirə edəcək.

28 üzv ölkə viza qadağası qoymabiq edğı və bir çox rus rəsmilərinin bank hesablarını dondurmağı planlayır.

Krımlı seçicilərin 96.6 faizi Rusiyaya birləşməyə səs verib, yerli rəsmilər bildirir. Moskva nəticələri tanıyacağını bəyan edib.

Aİ və ABŞ fevral ayından bəri Rusiya tərəfdarı olan qüvvələrin idarə etdiyi Krımdakı səsverməni hüquqdan kənar hesab edir.

ABŞ prezidenti Barack Obama Vaşinqtonun Moskvanı Ukraynadakı hərəkətlərinə görə "qiymətləndirəcəyini" bildirib.

Kiyevdə yeni hökümət deyir ki, prezident Viktor Yanukoviç devrildikdən sonra Rusiya qoşunları Krıma doğru hərəkət edib.

Kreml rəsmi şəkildə Krıma qoşun yeritməsini təsdiq etmir, üzərində heç bir nişanə olmayan silahlıları "Krımın özünü müdafiə qüvvələri" adlandırır.

Müzakirələr

Aİ nazirləri Brüsseldə Bakı vaxtilə saat 12.30-da yığışacaq.

Bu qrup bundan əvvəl Rusiya ilə iqtisadi paktı və viza qadağalarının aradan götürülməsi danışıqlarını dayandırıb.

Nazirlər indi isə viza qadağası və bank hesabları dondurulması nəzərdə tutulan şəxslərin adlarını çoxaltmağı müzakirə edəcək.

Hərçənd ki, əsas məsələ bu şəxslərin Krımdakı hadisələrlə bağlı, yaxud prezident Vladimir Putinin yaxın ətrafı olub-olmayacağıdır, BBC müxbiri Gavin Hewitt bildirir.

Onun sözlərinə görə, 28 nazir arasında fikir ayrılığı mövcuddur.

Bir tərəf rəsmilər deyir ki, Moskvada xalqın arxasında gedilməsə bu zəiflikdir. Digər tərəfsə, Brüsselin gec-tez müzakirə aparacağı insanlara qarşı qadağa əmri verəcəyini düz hesab etmir.

Lakin bütün hallarda əgər bu ölçülər də Rusiyanı dayandırmasa, Aİ iqtisadi sanksiyalar tətbiq etməyi düşünə bilər.

Aİ bəyanatında bildirib ki, səsvermə "qeyri-qanuni və qeyri-hüquqidir və nəticələri tanınmayacaq".

"Evə dönüş"

Bazar gecəsi minlərlə krımlı səsvermənin ilkin nəticələrini qeyd edib.

Yerli seçki rəsmiləri bildirib ki, bülletenlərin 75 faizi sayılıb və nəticələr 95.7 faiz Rusiyaya birləşməyin tərəfdarıdır.

Tam nəticələr bazar ertəsi bildiriləcək.

Şəklin mənbəyi, AP

Bu xəbərdən sonra Krımın tanınmamış baş naziri Sergey Aksyonov yarmadada keçirilən Krımın statusuna dair referendumun artıq baş tutduğunu bəyan edib.

Ətrafında Rusiya bayraqları və Rusiya Qara Dəniz Donanması heyəti və Rusiyanın milli himni sədaları altında Aksyonov deyib ki, Krım "evə qayıdır".

O bildirib ki, bazar ertəsi Moskvaya Rusiyaya birləşmək üçün rəsmi xahiş göndəriləcək.

Krım xalqının 58 faizi etnik ruslardır, qalanları ukraynalı və tatarlardır.

BBC-ə danışan tatarların çoxu deyib ki, onlar səsverməni boykot edib və Kreml hakimiyyəti altında yaşamağa qarşıdır.

"Vətənimizin taleyi silahlıların kölgəsi altında həll oluna bilməz", tatarların qeyri-rəsmi parlament lideri Refat Çubarov BBC-ə deyib.

Tatarlar bu əraziyə 1944-cü ildə Sovet diktatoru İosif Stalin tərəfindən Mərkəzi Asiyadan deportasiya edilib. Sovetlər dağıldıqdan sonra bəzi ailələr geri qayıtsa da, çoxu Ukraynada qalmağa üstünlük verib.