Krım tatarları: yeni faciə baş verə bilər

Krım tatarları

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Krım tatarları İslam ölkələrindən böhranın çözülməsində yardım umurlar.

Krım tatar xalqının Məclisi İslam Əməkdaşlığı Təşkilatına (İƏT) müraciət edərək qurumu Krımdakı böhranın həll olunmasında iştirak etməyə çağırıb.

"Ötən əsrin ortalarında kommunist rejimi dövründə soyqırıma məruz qalmış Krım tatarları yenidən faciə yaşanması təhlükəsilə üzləşiblər. Böhranın dinc vasitələrlə həll olunması yollarının aranması üçün sizi İslam Əməkdaşlığı Təşkilatının nüfuzundan istifadə etməyə çağırırıq", - Krım tatarları adından İƏT Baş katibi İyad bin Əminə ünvanlanmış müraciətdə deyilir

Bəyanatda xüsusilə qeyd olunur ki, yarmadanın dinc əhalisi silahsız qaldığı halda "Krımda çoxsaylı hərbiləşdirilmiş birləşmələr" narahatlığa səbəb olur.