Krımın tanınmamış Baş naziri: referendum baş tutub

Krımın rəhbəri

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Krımın tanınmamış rəhbəri Sergey Aksyonov referendumun baş tutduğunu bildirib.

Krımın tanınmamış Baş naziri Sergey Aksyonov bu gün yarmadada keçirilən Krımım statusuna dair referendumun artıq baş tutduğunu bəyan edib.

Onun sözlərinə görə, bazar ertəsi günü səhər saat 10-da keçirləcək Krım Ali Sovetinin iclasında referendumun nəticələrinin təsdiqlənəcəyi nəzərdə tutulub.

Səsvermə məntəqələri Krımda bugün yerli vaxtla axşam saat 8-dək açıq olacaq.

Rusiyanın dəstəklədiyi, Qərbin isə qanunsuz saydığı referendum Krımda bazar günü yerli vaxtla saat 8-də başlayıb.

Səsvermə məntəqələri 12 saat ərzində fəaliyyət göstərəcək.

Gözlənildiyinə görə, seçicilər Krımın Ukrayna tərkibindən çıxmasına səs verəcəklər, lakin Krım tatarları referendumu boykot edirlər.

BBC müxbirlərinin baş çəkdikləri Simferopol və əsasən tatarların yaşadığı Baxçisarayda səs vermə məntəqələrində yüksək fəallıq müşahidə edilib.

Lakin BBC-ə danışına tatarların hamısı referendumda iştirak etməyəcəklərini bildiriblər.

Putin: "Referendum qanunidir"

Krım referendumu

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Səs verməyə gələnlər səs vermək üçün növbəyə dururdu.

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefon danışığı zamanı Krımda keçirilən referendumun "legitim olduğunu" bildirib.

Rusiya prezidenti eyni zamanda, Ukraynanın cənub-şərqində gərgin vəziyyətlə bağlı narahatlıq hissi keçirdiyini dilə gətirib.

Reuter agentliyinə görə bu barədə məlumatı Rusiya prezidentinin mətbuat xidməti yayıb.

Vladimir Putin Angela Merkel ilə telefon danışığı zamanı Krım seçicilərinin iradəsinə hörmətlə yanaşacağını vəd edib.

Referndumun başlamasından 6 saat keçdikdən sonra seçicilərin azı 50%-nin səsvermədə iştirak etdiyi referendum komissiyası rəsmiləri tərəfindən bildirilib.

Bu arada Ukrayna müdafiə naziri İqor Tenyux Ukrayna televiziyası ilə Rusiya ilə Ukrayna arasında martın 21-dək barışıq əldə olunduğunu xəbər verib.

Onun sözlərinə görə, razılıq Rusiya müdafiə nazirliyi və Rusiya Qara Dəniz Donanması arasında əldə edilib.

"Bu müddət ərzində Ukraynanın Krımdakı hərbi obyektlərinə qarşı martın 21-dək heç bir hərəkət görülməyəcək".

Yüksək fəallıq

Krım referendumu

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusdilli seçicilər yarmadanın Rusiya tərkibinə daxil olunması ideyasını dəstəkləyirlər.

Müşahidəçilər və müxbirlər səsvermə məntəqələrində seçicilərin Krım referendumunda iştirak faizinin yüksək olduğunu qeyd edirlər.

Referendum komissiyasının rəsmisi Mıxaylo Malışevin sözlərinə görə, məntəqələrin açılışından keçmiş 6 saat keçdikdən sonra seçicilərin səsvermədə iştirak fəallığı "rekord" 44.27% səviyyədədir.

İTAR-TASS agentliyi bəzi məntəqələrdə səs vermək üçün seçicilərin növbəyə düzüldüyü xəbər verilir.

BBC-nin Simpferopldakı müxbirinin xəbər verdiyinə görə, Rusiya ilə birləşmə əleyhinə səs verən seçici hələlik qarşısına çıxmayıb.

Referendum günün səs vermək üçün Krımda ümumiyyətlə 1 200 səsvermə məntəqəsi açılıb.

Güclü yağışa görə bəzi məntəqələrdə rabitə əlaqəsi və elektrik təchizatında kəsilmələr olub.

'Rusiyaya birləşmək yaxud daha geniş muxtariyyət'

Bazar günü Krımda yarımadanın statusu haqqında referendum keçirilir. Seçki məntəqələri yerli vaxtla saat səkkizdə (Bakı vaxtı ilə saat 10:00-da) açılıb. Səsvermə 12 saat davam edəcək.

Təxminən bir milyon yarım vətəndaşa iki seçim təklif olunub: Rusiya Federasiyasına birləşmək yaxud Krımın daha geniş muxtariyyət şərtləri əsasında Ukraynanın tərkibində saxlanılması.

Ehtimal olunur ki, əksəriyyət birinci suala "hə" deyəcək.

Referendumun təşəbbüsçüsü olan Krım Ali Soveti, seçicilərin Ukraynanın tərkibində qalmasına üstünlük verdiyi təqdirdə, özünü ləğv etməyi vəd edib.

Əvvəlcə referendumun mayın 25-də keçirilməsi planlaşdırılıbmış və bir sual nəzərdə tutulurdu: daha geniş muxtariyyət haqqında. Sonradan Ali Sovet iki dəfə səsvermə tarixini yaxınlaşdırıb - əvvəlcə martın 30-na, daha sonra martın 16-na – və bülletenə Rusiya tərkibinə daxil olmaq sualını əlavə edib.

Bəzi sakinlər BBC-yə deyirdilər ki, üçüncü – müstəqil dövlət - varianta üstünlük verərdilər.

crimea_referendum

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Səsvermə məntəqələri yerli vaxtla səhər saat 8-dən açılıb.

Müşahidəçilər ciddi zorakılıq insidentlər gözlənilmədiyini ehtimal edirlər. Başlıca problem seçicilərin iştirak etmə faizidir.

Ukrayna referendumu konstitusiyaya zidd hesab edir və vətəndaşları boykot etməyə çağırır. Krım tatar icması da bu mövqeyin tərəfdarıdır.

1954-cü ilədək Krım Rusiya Federasiyasının tərkibində olub.

Son dəfə 2001-ci ildə keçirilən siyahıya alınmanın nəticələrinə görə, Krım əhalisinin 58,5 faizini ruslar, 24,4 faizini ukraynalılar, 12,1 faizini tatarlar təşkil edir.

BMT: Rusiya təcrid olunmuş vəziyyətdə

Veto hüququndan istifadə edərək ötən gecə BMT Təhlükəsizlik Şurasında Moskva Krıma Rusiyanın hərbi müdaxiləsini pisləyən qətnamənin qəbul edilməsinin qarşısını aldı.

Çin səsvermə zamanı bitirəf qalıb. BMT TŞ-nın qalan 13 daimi və müvəqqəti üzvləri qətnamənin "lehinə" səs veriblər. Qətnamənin təşəbbüskarı olan ABŞ sənədi səsverməyə çıxarmaqla Rusiyanın beynəlxalq təcridinin miqyasını aşkarlamaq niyyətində olub.

BMT

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, BMT Təhlükəsizlik Şurasında səsvermə zamanı Rusiya təcrid olunmuş vəziyyətdə qalıb.

ABŞ-ın BMT-də nümayəndəsi Samantha Power səsvermənin nəticələrinin Rusiyanın BMT-də "təklənmiş, təcrid olunmuş" vəziyyətə düşüdüyün təsdiq etdiyini bildirib.

Onun sözlərinə görə, 16 mart Krım referendumu "qeyri-qanunidir" və Krımın statusuna heç cür təsir göstərməyəcək.

Öz növbəsində Rusiyanın BMT-də nümayəndəsu Vitali Çurkin bildirib ki, Krımda referendumun keçirilməsini səbəbi Ukraynada baş vermiş dövlət çevrilişi nəticəsində yaranmış "huquqi vakuum" mqaçılmaz edib.

BMT-də səsvermədən sonra Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ dövlət katibi John Kerry ilə baş tutduğu telefon danışığında Rusiyalı nazir həmkarına Krım referendumunun BMT niuzamnəməsinə "tamamilə uyğun gəldiyini" vurğulayıb.

Qüvvə himayəsi

Krım yarımadasının Sevastopol, Feodosiya, Kerç və başqa şəhərlərində şəxsi heyətinin daimi sayı 12 min nəfər təşkil edən Rusiya Qara Dəniz Donanmasının bölmələri yerləşir.

Fevralın 27-28-də üstündə fərqlənmə nişanları olmayan kamuflyaj formalı şəxslər mülki obyektləri nəzarət altına alıb və yarımadada yerləşən Ukrayna hərbi hissələrini təcrid ediblər.

Çoxsaylı şəhadətlərə görə, bu, Rusiya hərbçiləri olub, lakin Moskva öz əli olduğunu inkar edir və güc tədbirləri yerli fəallar tərəfindən tətbiq edildiyini bildirir.

Martın 1-də RF Federasiya Şurası prezident Vladimir Putinə Ukrayna ərazisində “həmvətənlərin müdafiəsi” məqsədilə Rusiya silahlı qüvvələrinin istifadə edilməsinə sanksiya verib, lakin Putin bundan istifadə etmədiyini bildirib.

Martın 6-da Krım Ali Soveti ikinci dəfə referendumun vaxtını yaxınlaşdırıb və Rusiyanın tərkibinə daxil olmaq sualını qoyub.

Öz hərəkətlərinin tənqidinə cavab olaraq Rusiya cavab verir ki, Ukrayna böhranına onun öz hakimiyyəti səbəb olub, çünki fevralın 22-də hal hazırda Rusiyada sığınan prezident Viktor Yanukovişi “qeyri-legitim surətdə” vəzifədən kənar ediblər.