Lavrovla Kerry Krım üzrə razılığa gələ bilməyiblər

lavrov_kerry

Şəklin mənbəyi, AFP

Rusiya ilə Qərb arasında Krım böhranı üzrə mövcud olan fikir ayrılığını aradan qaldırmaq mümkün olmayıb, ABŞ dövlər katibi John Kerry ilə London görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Lavrov eyni zamanda qeyd edib ki, Rusiyanın şərqi Ukrayna bölgələrinə müdaxilə etmək planı olmayıb və yoxdur.

Təcili danışıqlar Krımın müstəqilliyi haqqında bazar gününə təyin olunmuş referendumla bağlı tammiqyaslı siyasi böhranı aradan qaldırmaq üçün son cəhd hesab edilirdi.

Bundan öncə John Kerry dəfələrlə deyib ki, Krımın ilhaq edilməsi təqdirdə Qərb “olduqca ciddi addımlar” ata bilər.

Kerry ilə uzun sürən “faydalı” adlandırdığı söhbətdən sonra Lavrov tərəflərin vəziyyətə “ümumi baxışı” olmadığını bəyan edib.

“Biz Krım xalqının 16 mart referendumunda izhar edəcəyi iradəsinə hörmət edəcəyik”, - Rusiya XİN başçısı bəyan edib.

“Rusiya üçün Krım, Fransa üçün Komor yaxud Böyük Britaniya üçün Folklenddən, daha böyük əhəmiyyət kəsb edir”, - güman edir Sergey Lavrov.

“O hal ki, hamı Krımda hər hansı ciddi cinayət baş vermədiyini qeyd edir, məhz onunla şərtləşir ki, orada əlavə tədbirlər görülüb, ona görə ki, xalq drujinaları, yeri gəlmişkən, indi də çadır düşərgəsi qalan Maydanda baş verdiyinin təkrar olunmamasına yol verməmək üçün əzmkarlıq göstəriblər”, - Rusiyanın Krımda hərəkətlərini müdafiə edərək Rusiya diplomatı deyib.

Rusiyanın Krımı qəsb etməsi təqdirdə Qərbin mümkün sanksiyaları haqqında sualı cavablandıran Lavrov deyib ki, indicə başa çatmış danışıqlar zamanı “Kerry Rusiyanın ünvanına heç bir təhdid irəli sürməyib”.

“O ki qaldı sanksiyaların perspektivlərinə, biz informasiya məkanında yaşayırıq, Vaşinqtonda, Avropada nə müzakirə olunduğuna bələdik, və sizi inandırmaq istərdim ki, bizim tərəfdaşlarımız da anlayırlar ki, sanksiyanın əks-səmərəli alətdir... O hal ki, bu, qarşılıqlı biznes maraqlarına, ümumiyyətlə tərəfdaşlığımızın inkişafına xidmət etməyəcək, - bu belədir”, - Lavrov bəyan edib.

Ukrayna ilə sərhədyanı bölgələrdə Rusiya silahlı qüvvələrinin səfərbərlik tədbirləri və Ukraynanın şərqində yenidən vətəndaş toqquşmaları başlanması Vaşinqtonda və Avropa paytaxtlarında böyük narahatlıq doğurur.

“Rusiyanın Ukraynanın cənub-şərq bölgələrinə müdaxilə etmək planı yoxdur və ola da bilməz... Bizim şəffaflıq [Ukraynaya dair Rusiyanın hərəkətlərində] təmin etməmək planımız yoxdur”, - Lavrov mətbuat konfransında deyib.

“Dal qapıdan qəsb etmə”

ABŞ dövlət katibi John Kerry öz növbəsində mətbuata bəyan edib ki, Sergey Lavrovla danışıqlar “konstruktiv”, “müstəsna dərəcədə müfəssəl” olub və altı saata yaxın davam edib. Bununla belə, tərəflər növbəti dəfə razılığa gəlməyib.

lavrov_kerry

Şəklin mənbəyi, US State Department

Şəklin alt yazısı, John Kerry ilə Sergey Lavrov arasında görüş altı saata yaxın davam edib

Dövlət katibinin sözlərinə görə, o, Lavrova Ukraynanın ərazi bütövlüyünün qorunması və eyni zamanda Rusiyanın maraqlarının nəzərə alınmasının bir neçə variantını təklif edib.

Lakin, ABŞ dövlət katibinin qeyd etdiyi kimi, onun rusiyalı həmkarı aydın şəkildə anladıb ki, prezident Putin referendum başa çatmayınca hər hansı qərar qəbul etmək niyyətində deyil.

“Mən deməliyəm ki, Krım referendumu üzrə ABŞ-ın mövqeyi aydındır. Biz hesab edirik ki, referendum Ukrayna konstitusiyasına ziddir, beynəlxalq hüquqa ziddir, bu, hüquq pozuntusudur, və biz onu qeyri-qanuni hesab edirik”, - John Kerry deyib.

Rusiya parlamenti tərəfindən Krım referendumunun yekunlarının ratifikasiyası, Amerika dövlət katibinin fikrincə, “dal qapıdan qəsb etmə” demək olacaq.