Moskva: Krım referendumu lehinə və əleyhinə nümayişlər
Krımda referendumun keçirilməsinə bir gün qalmış yarımadanın Rusiyaya birləşməsinə dəstək mitinqi ilə yanaşı Ukraynaya hərbi müdaxilə əleyhdarlarının “Sülh yürüşü” təşkil olunub
Hər iki aksiya sakit və insidentsiz başa çatıb.
Bundan əvvəl şəhərin müxtəlif yerlərində ukraynapərəst fəalları saxlayan polis onların sansksiyasız aksiya keçirmək cəhdlərinin qarşısını alıb.
Krımın Rusiyaya birləşməsi leyinə aksiyaya on minlərlə adamın qatıldığı xəbər verilir.
Bəzi məlumatlarda iqtidarın təşəbbüsü ilə keçirilən nümayişə büdcə təşkilatları işçilərinin gətirildiyi göstərilir.
Ötən həftə Rusiyanın tərkibinə daxil olması haqqında qərar qəbul edən Krım bu məsələni bazar günü keçəcək referenduma çıxarıb.
Kiyev referendumun qanuna zidd olduğunu bildirir.