AI: Krımda keçirilmiş referendumun nəticələri tanınmayacaq

Rompuy - Barroso

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Aİ rəhbərləri Krım referdumunun nəticələrinin tanınmayacağını bəyan ediblər.

Avropa İttifaqı (Aİ) bazar günü Krımda baş tutmuş referendumun keçirilməsini rəsmi sürətdə pisləyib.

Avropa İttifaqı Şurasının sədri Herman Van Rompuy və Avropa Komissiyasının başçısı Jose Manuel Barroso Krımda keçirilmiş və Krım rəhbərliyi tərəfindən "baş tutmuş" elan edildiyi referendumun "qanunsuz və qeyri-legitim" oluğunu bildiriblər.

Herman Van Rompuy və Jose Manuel Barroso birgə açıqladıqları bəyanatda Krımda keçirilmiş referendumun nəticələrinin tanınmayacağı barədə xəbərdarlıq ediblər.

Aİ rəhbərlərinin bəyanatında eləcədə vurğulanıb kı, Avropa İttifaqı Xarici İşlər nazirlərinin bazar ertəsi günü martın 17-də keçirilməsi nəzərdə tutulan iclasında Rusiyaya qarşı Aİ tərəfindən tətbiq ediləcək sanksiyalar elan olunacaq.