Donetskdə toqquşmalar nəticəsində iki nəfər ölüb

donetsk_clashes_protest

Şəklin mənbəyi, Reuters

Donetskin mərkəzində rusiyameylli nümayişçilərin “Vahid Ukrayna uğrunda” aksiya iştirakçılarına hücumu nəticəsində ən azı iki nəfər həlak olub.

Təxminən 50 nəfər müxtəlif ağırlıqda xəsarət alıb.

“Novosti Donetska” internet qəzetinin məlumatına görə, bıçaqla yaralanan 22 yaşlı Donetsk sakini təcili yardım maşınında dünyasını dəyişib.

Xəsarət almış 11 nəfər yerli xəstəxananın neyrocərrahiyyə bölməsinə daxil olduğu bildirilir.

“Vahid Ukrayna uğrunda” mitinq milis və daxili qoşunların əhatəsində keçib.

Polis mühasirəsinin əks tərəfində olan rusiyameylli fəallar ideoloji rəqiblərinin üstünə taraqqa, yumurta və tüstü şaşkaları atmağa başlayıb, sonra isə hüquq mühafizə orqanlarının cərgəsini yarıb keçiblər.

Milis öz avtobusları ilə vahid Ukrayna tərəfdarlarını mitinqdən aparmağa çalışıb, lakin Rusiya tərəfdarları şüşələri sındırıb maşının salonuna taraqqalar atıblar.

Hər iki tərəfdən kütləvi davada 20-yə yaxın adam iştirak edib, İnterfaks-Ukrayna xəbər verir.

Milis mitinqin keçirilməsinə mane olan daha aqressiv fəalları həbs edib.

500 yaxın fəal tutulan şəxslərin mindirildiyi avtomaşını dövrəyə alıb və onların buraxılmasını tələb ediblər. Onlar maşını yırğalayıb və təkərlərini deşiblər.

Bu təzyiq altında milis tutulan şəxsləri sərbəst buraxmağa məcbur olub, agentlik bildirir.

donetsk_clashes_fight

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, İdeoloji fikir ayrılığı çox tez əlbəyaxaya çevrilib
donetsk_clashes

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Dava iştirakçılarından bəzilərində qaz balonları və soyuq silah olub
donetsk_clashes_bus

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Aqressiv rusiyameylli fəalların təzyiqi altında milis tutulan şəxsləri sərbəst buraxmağa məcbur olub