William Hague: Ukrayna böhranı Azərbaycan qazına Avropada ehtiyacı artıracaq

William Hague

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Britaniyanın XİN rəhbəri Ukrayna böhranı ilə bağlı məsləhətləşmələrin davam etdiyini deyir.

Britaniya XİN rəhbəri William Hague Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsinin Rusiyadan Avropaya qaz təchizatını təhlükə altına ala biləcəyi sualı ilə bağlı, "bu məsələnin ABŞ və Avropa ölkələri arasında müzakirə olunduğunu" bildirib.

BBC-ə danışan William Hague Britaniyanın qaz istehlakı balansında Rusiya qazının cəmi 1% tutduğunu, lakin Almaniya və bir sıra digər Aİ ölkələrinin qaz istehlakında üçdə birini təşkil etdiyini qeyd edib.

Britaniya rəsmilərinə görə, Ukrayna böhranın silahlı qarşıdurmaya çevrilməsi Britaniyanın qaz təchizatına ciddi təsir göstərməsədə, Avropada qazın bahalaşmasına gətirə bilər.

William Hague ötən ilin dekabr ayında Azərbaycana səfər etdiyini və orada Xəzər Dənizindən cənubi Avropaya çəkiləcək qaz boru kəməri layihəsinə başlanması mərasimində iştitrak etdiyini bildirib.

Britaniya XİN rəhbəri Rusiyadan yan keçən bu qaz kəmərinin bir neçə ilə tikiləcəyini qeyd edib.

William Hague qeyd edib ki, hadisələrin cərayanı "bu çür layihələrə ehtiyacı artıracaq".

"Putini dilə tutmaq"

Britaniya hökümətinin mətbuat xidməti Baş nazir David Cameron ilə prezident Barack Obama arasında baş tutmuş telefon danışığı zamanı tərəflərin "böhrandan diplomatiya yolu ilə çıxmaq üçün Putini dilə tutmağın vacibliyini" qeyd etdiklərini bildirib.

Bu arada İngiltərə XİN rəhbəri William Hague xəbərdarlıq edib ki, Krıma daxil olmaqla Rusiya “ciddi səhvə “ yol verib”.

Onun sözlərinə görə diplomatik səylər nəticə verməzsə Qərb Rusiyaya qarşı iqtisadı sanksiyalar tətbiq edə bilər.

O, qeyd edib ki, Avropa ölkələri Rusiyadan alınan enerji təchizatının həcmini azalda bilər, əvəzində isə ABŞ-dan daha çox qaz idxal oluna bilər.

Eyni zamanda, William Hague Rusiyaya qarşı hərbi aksiyaların keçiriləcəyi ehtimalını istisna edib.

ABŞ Rusiyaya xəbərdarlıq edib

Kerry Lavrov

Şəklin mənbəyi, Reuters

Moskvanın Krımın işğalı planlarından imtina etməsi üçün ABŞ Rusiayaya təzyiq göstərəcəyi barədə xəbərdarlıq edib.

Ötən gün axşam ABŞ Dövlət Katibi John Kerry Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışıqları aparıb.

Danışıqlar zamanı John Kerry Moskvanın Krımı zəbt edəcəyi təqdirdə böhranın diplomatik üsullarla çözülməsi imkanlarının tükənəcəyi barədə Rusiyalı həmkarı Sergey Lavrova xəbərdarlıq edib.

Şənbə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Ukraynada böhran "süni yaradılıb".

Ukraynadakl vəziyyətə dair Qərblə danışıqların mümükünlüyü barədə danışan Lavrov dialoqun "açıq və vicdanlı" tərzdə aparılmasının vacibliyini qeyd edib.

Ukrayna Xarici İşlər naziri isə Kiyevin Rusiya ilə Krım mövzusunda istənilən danışıqlara hazır olduğunu bildirib.

Kiyevdəki keçid höküməti martın 16-na təyinb olunmuş Krımın Rusiyaya birləşməsinin mümkünlüyü barədə referendumu qeyri-qanuni sayır və nəticələrini tanımayacağı barədə xəbərdarlıq edib.

Moskva isə Kiyevlə birbaşa dialoq aparmaqdan imtina edir və Rusiyalı əsgərlərə bənzəyən nişansız hərbi geyimli silahlı şəxslər ATƏT müçahidəçilərini Krıma buraxmırlar.