Maydan fəalı Bulatov tapıldı və işgəncələrdən danışdı

bulatov_klychko_poroshenko

Şəklin mənbəyi, UNIAN

Şəklin alt yazısı, "Avtomaydan"ın rəhbəri Dmitri Bulatov Kiyev etirazları liderlərindən biri olub

Yanvarın 22-də yoxa çıxmış “Avtomaydan” lideri Dmitri Bulatov yanvarın 30-u axşamı tapılıb və Kiyevin “Boris” xəstəxanasına çatdırılıb.

Bu barədə öz Facebook səhifəsində “Avtomaydan” təşkilatçılarından biri Aleksey Qritsenko bildirib.

Millət vəkili Pyotr Poroşenko xəstəxanada Bulatovun yanındadır.

Bulatovun tapıldığı yerə gedən “5-ci kanal” müxbirləri onun fotoşəkilini yayıblar. Onun üzündə zorakılıq izləri görünür.

Müxbirin məlumatına görə, Bulatov Kiyev yaxınlığında Borispol rayonunun Vişenki kəndində tapılıb.

Bulatovun özu TSN telekanalına danışıb ki, naməlum şəxslər onu qaçırıb, döyüb, işgəncə verib, qulağını kəsib, hətta əllərində çarmıxa çəkilmə izlərini göstərib.

Uzun müddət işgəncə verdikdən sonra onu maşınla aparıb çölə atıblar.

Vəhşicəsinə döyülmüş halda o, kəndin qapılarını döyə-döyə gedərək, nəhayət, yerli sakinlərindən biri onu öz evinə buraxıb. Oradan Bulatov zəng edib, və dostları gəlib onu Kiyevə aparıblar.

Bulatovun sözlərinə görə, onu səkkiz gün gözləri bağlı vəziyyətdə saxlayıblar. O, kimlər tərəfindən oğurlandığını bilmir, lakin onların rus ləhcəsi ilə danışdıqlarını qeyd edir.

Səkkiz günə yoxa çıxdı

bulatov_borys

Şəklin mənbəyi, Oleksiy.Grytsenko

Şəklin alt yazısı, Deputat Poroşenko xəstəxanada Dmitri Bulatovun yanında

Yanvarın 22-dən Dmitri Bulatovun qohumları onunla əlaqə yarada bilməyiblər.

Onun arvadı ərinin yoxa çıxması ilə bağlı milisə ərizə verib, və milisdə qəsdən öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Amnesty International beynəlxalq təşkilatının məlumatına görə, Dmitri Bulatov yanvarın 22-də bütün gün ərzində “Avtomaydan” aksiyasında iştirak edib.

Yanvarın 25-də “Avtomaydan” qrup lideri Dmitri Bulatovun tapılması və həyatının xilas edilməsinə kömək edən məlumat üçün 10 min dollar məbləğində mükafat elan edib.

“Avtomaydan” qrupu prezident və başqa nüfuzlu siyasətçilərin iqamətgahı önündə piketlər təşkil edib, fəalların döyülməsinə aidiyyəti olan güc strukturu nümayəndələrinə təzyiq edib.

Mitinq iştirakçıları eləcə də Kiyevdə gecə avtomobil yürüşləri keçirib, “tituşka”lar deyilən şəxsləri ovlayırdı [tituşkaTituşko].

dmitri_bulatov

Şəklin mənbəyi, Olga.Koshelenko

Şəklin alt yazısı, Dmitri Bulatovun üzündə zorakılıq izləri qalıb

Hadisənin şahidlərin söyləyiblər ki, yanvarın 23-də cümə axşamına keçən gecə “Berkut” dəstəsi avtomaydançıların kolonnasını dayandırıb, maşınları əzib və fəalları məlum olmayan istiqamətdə aparıb.

Dmitri Bulatov bu kolonnada olmayıb, lakin hüquq müdafiəçiləri “Avtomaydana” aidiyyəti olanların “Berkut” tərəfindən güdüldüyünü istisna etmirlər, Amnesty International bəyan edir.

Oğurlanmazdan öncə Dmitri Bulatov Facebook səhifəsində hakimiyyət tərəfindən təzyiqin daha da gücləndiyini qeyd etmişdi.

Ancaq DİN Bulatovun tutulmadığını bildirib. Tutulub saxlanan avtomaydançıların əksəriyyəti sonradan milis bölmələrində aşkar edilib, lakin Bulatov onların arasında olmayıb.