Türkiyədə 14 nəfər polis işdən azad olunub

Huseyin Çapkın
Şəklin alt yazısı, Cümə axşamı İstanbulun polis rəisi Huseyin Çapkın vəzifəsindən azad olunub.

Türkiyədə çərşənbə axşamı korrupsiya iddiaları ilə bağlı qalmaqallı həbslərdən sonra daha 14 yüksək rütbəli polis əməkdaşı vəzifəsindən azad olunub.

Çərşənbə günü İstanbulun polis rəisi Huseyin Çapkın işdən çıxarılıb.

Bu arada çərşənbə axşamı saxlanılmış 50 nəfərdən 8 məhkəmə qərarı ilə rəsmi şəkildə həbsə alınıb.

İş üzrə məhkəmə dinləmələri davam etməkdədir.

İndiyədək saxlanılan şəxslər arasında baş nazir Recep Tayyip Erdoğana yaxın adamlar olub.

Əməliyyatın ilk günündə 3 nazirin oğlu saxlanılıb.

Cənab Erdoğan istintaqı hökumətinə qarşı “kirli əməliyyat” adlandırıb.

Cümə axşamı məhkəmə Türkiyədən Azərbaycana qayıdarkən saxlanılmış Sədərək gömrük rəisi Mirməhəmməd Seyidova dair həbs qərarı çıxarıb.

Mirməhəmməd Seyidovun saxlanılmasında məqsəd Türkiyədə korrupsiya ilə bağlı “həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi” olub, Dövlət Gömrük Komitəsi bildirib.

.