Şəkillərdə: Rusiya-Gürcüstan müharibəsindən 10 il keçir
2008-ci ildə baş vermiş və 5 gün davam etmiş Rusiya-Gürcüstan müharibəsindən 10 il keçir.
Rusiya ordusu Gürcüstan qoşunları ilə Cənubi Osetiya separatçıları arasında silahlı toqquşmalara müdaxilə etmək üçün Gürcüstan ərazisinə daxil olurlar.
Müharibə nəticəsində hər üç tərəfdən yüzlərlə insan həlak olub.

Şəklin mənbəyi, Getty/ Burak Kara
Rusiya qoşunları Cənubi Osetiya yaxınlığındakı Qori şəhərində küçələrə nəzarət edir, 14 avqust 2008-ci il.

Şəklin mənbəyi, Getty/ Cliff Volpe
Qori və Tbilisi şəhərləri arasında Gürcüstana məxsus zirehli maşın partaldığından Gürcüstan qoşunları fərdi avtomobildə hərəkət edir.

Şəklin mənbəyi, Getty/ AFP
Rusiya qoşunları Gürcüstanla separatçı Cənubi Osetiya qoşunları arasında silahlı münaqişəyə müdaxilə etmək üçün hərəkət edirlər.

Şəklin mənbəyi, Getty/ Cliff Volpe
Rusiya təyyarələrinin Qori şəhərini bombalamasının ardından Gürcüstan qoşunları yaşayış binasının yanından keçir.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Tsxinvali-Qori yolunda əşyalarını arabada daşıyan gürcü qadın.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Rusiya təyyarələri tərəfindən bombalamasından bir neçə saat sonra sakinlər yanmış mənzillərindəki əşyalarını axtarırlar.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Yaxınları, 9 avqustda Cənubi Osetiyanın Tsxinvali şəhərindəki döyüşlərdə həlak olmuş 30 yaşlı gürcü əsgər Georgi Makridze ilə vidalaşırlar.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Gürcü ailələr Rusiya təyyarələri tərəfindən bombalanmış evlərinin dağıntılarını ziyarət edirlər.

Şəklin mənbəyi, getty/ Jonathan Alpeyrie
Cənubi Osetiyanın Tsxinvali şəhərindəki yaşayış binasının yanında dalğalanan Rusiya bayrağı.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Gürcüstan prezidenti Mixail Saakaşvilinin 12 avqust 2008-ci ildə Tbilisidəki çıxışını dinləməyə toplaşmış sakinlər.

Şəklin mənbəyi, getty/ Cliff Volpe
Tbilisi Beynəlxalq Hava Limanı yaxınlığındakı sığınacaqda yerləşdirilmiş köçkünlər, 17 avqust 2008-ci il.




