California-da çimərlik "penis balıqlarının" işğalına məruz qalıb

Şəklin mənbəyi, Kate Montana/iNaturalist
Cümə günü səhər saatlarında California-dakı Drakes çimərliyinin sahili penisə bənzəyən canlılarla örtülüb. Görüntülər Amerikada sosial şəbəklərədə geniş yayılıb.
Ehuiridlər, yəni kisəvarilər balıqlara deyil, dəniz qurdlarına aid olsa da, bu növ çox vaxt məlum səbəbə görə "penis balığı" adlanır.
Bu qurdlar qum qatının altında yaşayırlar, lakin Drakes çimərliyinin bölgəsində bir neçə güclü fırtına baş verib və bu da onurğasızların "damının uçmasına" səbəb olub.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 1
"Növbəti dəfə çimərliyə gedəndə təsəvvür edin ki, sizdən bir neçə santimetr aşağıda minlərlə çəhrayı kolbasa var," "Bay Nature" jurnalı İnstagram hesabında yazıb.
"Bəli, qurdun görünüşü suallar doğurur. Ancaq utunmayaq, onların yeraltı həyat tərzi üçün mükəmməl formaları var," bunu bioloq İvan Parr söyləyib.
Alimlər hesab edirlər ki, qurdlar 300 milyon ildir mövcuddurlar.
Onlardan bəziləri 25 ilədək yaşayır. Bu qədər ömür onurğasızlar üçün çox uzundur.
California-da tapılan bu varlıqların qohumları Asiyada yaşayır. Koreyada bunlar xüsusi ləzzət hesab olunur.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 2








